Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Cəmiyyət > İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt...
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt...Bu gün, 11:28 |
![]() İnternet dələduzları yenə də meydan sulayır. "DİA-AZ" bildirir ki, əslində bu işdə özünü sadəlövhcəsinə aparan vətəndaşlarımızın - tələyə düşən insanlarımızın günahı ən böyük olanıdır. Çünki hüquq-mühafizə orqanları, xüsusən də Azərbaycan Daxili İşlər Nazirliyi davamlı şəkildə kiberdələduzlarla bağlı vətəndaşları ayıq-sayıq olmağa səsləyir. Amma görünəni odur ki... Leyla Babayeva adlı sosial şəbəkə istifadəçisi aşağıdakı fotoları paylaşaraq bunları yazır: " "Tiktok"da bu səhifəyə inanmayın... Dünən ev üçün mini kamera sifariş etmişdim, pulu alıb bloka atdılar. Camaatın çeklərini də atırlar ki, guya fırıldaq deyil. Nə qədər insan pul göndərib onlara... Demişəm hər yerə paylaşacam. Yazırlar hara istəyirsən yaz, problem deyil..." ![]() ![]() Bəli, danışıqdan da, fotodakı dialoqdan da görünür ki, "Nə kart, nə də nömrə adıma deyil... özüm də xaricdəyəm... "paika"..." deyərək deyən dələduz əslində özünü arxayın göstərib aldatdığı "müştərisininin" bütün ümidlərini qırmağa çalışsa da, o da məlumdur ki, onun kartdan istifadəsi... elə telefon nömrəsindən istifadəsi Azərbaycandan bloklana bilər... xaricdə olmasına rəğmən. Həm də kart kimin adınadırsa, o adamı taparaq hüquq-mühafizə orqanları dələduza ulaşa bilər... Geri qayıt |