Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR
Əsas Səhifə > Manşet, Siyasət > Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR

Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR


Bu gün, 07:48
Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR
Tibbi sığorta olmasına baxmayaraq, Şərur rayon Mərkəzi Xəstəxanasında pasientlərdən addımbaşı rüşvət tələb olunur. Məsələn, yüngülvari müayinədən keçmək üçün 100 manat, rentgen 40 manat, UZİ-dən keçmək 30 manat, iynə vurdurmaq 5-10 manat tələb olunur. Bu haqda „Gündəlik Naxçıvan“a yerli sakinlər məlumat veriblər. Onların bildirdiyinə görə, rüşvətxorluq yeni baş həkim Asiman Yusifov iş başına keçdikdən sonra daha da artıb. O gələndən bəri xəstələrə verilən dərmanlar da kəsilib. Bu dərmanların apteklər vasitəsi ilə xəstələrə satıldığı bildirilir.
Şikayətçilərdən Rasim Hüseynov deyir ki, tibbi sığortası olmasına baxmayaraq, rentgen üçün ondan 40 manat alınıb:
“Tez-tez təngənəfəs olduğum üçün xəstəxanaya həkimə getdim. Həkim müayinə etdikdən sonra rentgen otağına göndərdi. Getdim oraya, növbə çatanda Leyla adlı həkim dedi ki, ödəniş etməliyəm. Etiraz etdim ki, dövlət xəstaxanasıdır, sığortam var. Bildirdi ki, burada sığorta keçmir, pulunu ödə. Şikayət edəcəyimi desəm də xeyri olmadı. Bildirdi ki, kimə istəyirəm şikayət edə bilərəm. Məcbur qalıb ödəniş etdim. “Bizdə sığorta işləmir” deyib, hər şeydən pul alırlar. Bunun harası dövlət xəstəxanası oldu. Burada rüşvət boğaza çıxıb.”
Başqa bir şikayətçi Rəşid İbrahimov deyir ki, üç gün xəstəxanada yatmaq ona 600 manata başa gəlib:
“Rentgenə gedirsən pul, UZİ aparatına düşürsən, tibbi arayış alırsan pul, qan analizi verirsən pul. İynə vurdurmaq belə pul ilədir. Adi yüngülvari müayinədən keçsən, ən azı 100 manat xərcləməlisən. Əvvəllər də rüşvət, özbaşınalıq var idi. Amma bu qədər yox. Heç olmasa pul yoxdur deyəndə, tanışlığa bir güzəşt edilirdi.
İndiki baş həkim bundan əvvəl Babək rayon Xəstəxanasında baş həkim olub. Oranı da talan edirdi. İndi yerdəyişmə edib buraya gətiriblər. Heç kimə güzəşt etmir. Xəstələrin adına həm sığorta yazır, həm də pullarını alır. Bir həftə yatmalı oldum xəstəxanada. Hər şeyə pul verdim. İynə dərmanı da özüm aldım, hər dəfə aparata da düşəndə pul verdim. 3 gün sonra xəstxanada yatmaqdan imtina etdim. Ümumilikdə 600 manat xərcim çıxdı, heç bir nəticəsi də olmadı.”
Yerli sakinlər aidiyyəti qurumlara müraciət edərək, adı çəkilən xəstəxanada rüşvətxorluğa son qoyulmasını tələb edirlər.

Geri qayıt