Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Sosial > Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI...
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI...Bu gün, 09:59 |
![]() "Bakının müxtəlif yerlərində söküntü işləri gedir. Yeni layihələrdən, infrastrukturun yaxşılaşdırılmasından danışılır, amma proses həm də tarixi zədələməklə məşğul olur. Bayırşəhərdə söküntü işlərindən, yaşı az qala bir əsr olan binaların sıradan çıxarılmasından yazmışdıq. Paytaxtın bütün yerlərində bu gün bənzər addımlar atılır və bu işlərin başında da Dövlət Şəhərsalma və Arxitektura Komitəsi dayanır, desək, yanılmarıq..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir. Məqalədə daha sonra bildirilir: "Bəli bu gün məhz sözügedən dövlət qurumunun işbaz rəhbərliyinin TAMAHKARLIĞI sayəsində paytaxtımızın PASPORTU kimi tanınan tarixi binalara qarşı BİR HÜCUM siyasəti həyata keçirilməkdədir. Halbuki Bakı məhz həmin tarixi keçmişi hesabına tanınıb, sevilib. İndi isə Bakını sökənlər, Bakıda seviləsi nəsə qoymayıblar... Konkret bir fakt: Ələddin Quliyev və 8-ci Zavod küçələrinin kəsişməsindəki ikimərtəbəli tarixi bina yerlə-yeksan edilib. 1895–1897-ci illərdə məşhur polyak memar Kazimir Skureviçin layihəsi əsasında tikilmiş memarlıq nümunəsi tarixin yaddaşına qovuşub. Memar Stasia Orlova-Stroqanova buna görə çox sarsıldığını yazıb: “Bu bina təkcə fiziki olaraq yox olmadı — o, həm də tarixi abidələr siyahısından silindi. Çox sakit, çox hiss olunmadan. Halbuki bu bina sadəcə daş və kərpic deyildi — bu, dövrünün canlı şahidi, memarlıq incisi idi. Biz onu qorumağa çalışdıq — məktublar yazdıq, müraciət etdik, sosial şəbəkələrdə məsələ qaldırdıq — amma cavab demək olar ki, olmadı. Təəssüf ki, biganəlik öz sözünü dedi. İnsanlar sanki görmədilər, hiss etmədilər. Bu, çox ağır və incidici idi. İndi isə o yoxdur. Rəsmi səbəb — mətbuatda haqqında qısa qeyd olunan “hibrid yaşıl park-koridor”un yaradılmasıdır. Yaxşı niyyətdir? Bəlkə də. Amma hansı bədəl qarşılığında? Biz şəhərimizin simasını itiririk. Keçmişimizi silirik. Və sonra təəccüblənirik ki, niyə hər şey eyni, cansız və köksüz görünür”. ![]() Ələddin Quliyev və 8-ci Zavod küçələrinin kəsişməsindəki ikimərtəbəli tarixi bina Memar Kazimir Skureviç 1866-1950-ci illər yaşayıb. Bakıya da məhz bu bina tikilməyə başlayan il – 1895-ci ildə gəlib. Dostu İosif Qoslavskinin ölümündən sonra Baş şəhər memarı vəzifəsinə təyin olunub. Tezliklə Şirvanşahlar sarayı yaxınlığında, İçərişəhərdə öz yerli memarlıq xüsusiyyətləri ilə ümumi fona çox uğurla uyğunlaşmış bir sıra yaşayış evlərinin müəllifinə çevrilib. Bakıda Skureviçin imzası olan xeyli tarixi bina var. Nümunə kimi Respublika Prokurorluğunun binasını göstərmək olar. Çox təəssüf, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərin tarixinə ard-arda ağır zərbələr endirməkdədir. Bu yaralar isə heç vaxt sağalmayacaq. Geri qayıt |