Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür"
Əsas Səhifə > Manşet, Gündəm > "Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür"

"Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür"


Bu gün, 10:41
"Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür"
Culfa rayon Yaycı kəndini içməli su ilə təmin edən quyuların ağzı açıq olduğundan əhali içmək üçün yararısız, insan sağlamlığına təhlükəli olan sudan istifadə etməli olur.
Kəndi içməli su ilə təmin edən su şəbəkəsinin açılışı ötən ilin martat ayında səlahiyyətli nümayəndə Fuad Nəcəflinin iştirakı ilə baş tutub. Lakin, su şəbəkəsinin tikintisi plansız və keyfiyyətsiz olduğundan az müddət sonra iki metr dərinliyində olan quyuların qapağı qırılıb. Quyuların ağzı açıq qaldığından suya insan orqanizminə zərərli olan maddələr, yağış yağanda isə qrunt suları qarışır. Bu da suyu, içmək üçün yararsız hala salır.
Kənd sakinləri “Gündəlik Naxçıvan”a bildirirlər ki, quyuların açıq qalması gecələr işıqsız küçələrdə insanlar üçün də təhlükə yaradır. Bununla bağlı dəfələrlə bələdiyyə və icra nümandəliyinə müraciət olunsa da, problem aradan qaldırılmır:
“Qapaq olmadığı üçün zibil, həşəratlar quyuya düşür. Qrunt suları da quyulara axır. Toyuq cücə, mal qara da quyulara düşə bilər. Gecələr işıqlandırlmayan küçələr insan üçün də təhlükə yaradır. Təəssüf ki, bu vəziyyəti bələdiyyə və icra da bilir. Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür. Elə vəziyyət yaranıb ki, artıq bu sudan istifadə etməyə ehtiyatlanırıq. İmkanı olanalar kənar kəndlərdən qablarla su gətirirlər, imkanı olmayanlar isə, çirkli suyu içməyə məcbur olurlar.”
Kənd sakinləri aidiyyatı qurumların tezliklə məsələyə müdaxilə edərək, problemi həll edəcəklərinə ümid edirlər

Geri qayıt