Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR
Əsas Səhifə > Manşet, Hadisə > “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR

“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR


Dünən, 17:14
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR
"“Bahar Enerji” Əməliyyat Şirkəti uzun illərdir ki, ölkənin əmək qanunvericiliyini mütamadi olaraq pozur və cəzasız qalıb". "DİA-AZ" xatırladır ki, bu barədə zamanında açıqlama ilə çıxış edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı hələ bu ilin yanvar ayında işçilərin əməkhaqqılarının gecikdirildiyini də vurğulamışdı. Bu barədə NHMT-ə edilən müraciətdə də aydın şəkildə qeyd olunurdu ki, prezidenti Con Harkins, benefisiar sahibi "gizli" olan “Bahar Enerji” Əməliyyat Şirkətində dekabr ayından bəridir ki, əməkhaqqılar verilimir.

Bu gün isə NHMT sədri yenə də oxşar problemlə bağlı açıqlama ilə çıxış edib.

M.Qəhrəmanlı bildirir: "Bilirlər ki, xətirlərinə dəyən, irad tutan olmayacaq. İllərlədi ölkənin əmək qanunvericiliyini pozan bu şirkət rəhbərliyini heç bir qurum cəsarət edib cəzalandırmır. Görəsən niyə?..

"Bahar Enerji Limited" ƏŞ-nin işçiləri deyir ki, aprel ayinin maaşını hələ də almamışıq. Vəziyyət biabırçı haldadır. Nə qədər olacaq belə bilinmir.

Qeyd edək ki, “Bahar Enerji” Əməliyyat Şirkəti: ARDNŞ( 20%paya malik) və “Bahar Enerji Limited” (80% paya malik)arasında bağlanmış 22 dekabr 2009-cu il tarixli Saziş və 27.04.2010-cu il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi” hasilatın pay bölgüsü Sazişi əsasında 01.10.2010-cu il tarixdən fəaliyyət göstərir. Bu müqavilə üzrə ARDNŞ tərəfdaşı kimi Virgin adalarında qeydiyyatdan keçmiş Bahar Energy Ltd şirkəti çıxış edir. Bahar Enerji -nin təsisçisi Greenfields Petroleum Corporation isə Kayman adalarında qeydiyyatdan keçib. “Bahar Enerji” Əməliyyat Şirkətinin prezidenti Con Harkins, benefisiar sahibi isə..."

Geri qayıt