Əsas Səhifə > Manşet, Araşdırma > Dəhşət: Ağdaşda doğuşu kimə etibar edibər: Övladı şikəst qalan ananın fəryadı

Dəhşət: Ağdaşda doğuşu kimə etibar edibər: Övladı şikəst qalan ananın fəryadı


28-03-2015, 10:23
Dəhşət: Ağdaşda doğuşu kimə etibar edibər: Övladı şikəst qalan ananın fəryadı
DİA.AZ: - Redaksiyamıza müraciət edən Ağdaş rayonu S.Abdullayev küçəsi ev 2-də yaşayan Niftalıyev Pərviz Məhəməddiyə oğlu yerli həkimlərdən narazılıq edir. DİA.AZ-a daxil olan müraciətdə bildirilir:

“Ağdaş rayonu Ləki qəsəbəsi Xəstəxanasının həkimi Fəridə Osmanovanın səriştəsizliyi nəticəsində azyaşlı övladım Sevda şikəst qalmış, iki yaşının olmasına baxmayaraq o nə yeriyə, nə otura, nə də ki, danışa bilmir.Belə ki, 21 yanvar 2013-cü il tarixdə Fəridə həkim səriştəsizlik edib doğuş zamanı uşağı tramvalı dünyaya gətirmişdir ki, nəticədə də iki ildir yerli xəstəxanalarda, Rusiya xəstəxanasında müayinə və müalicə etdiririk.Ancaq buna baxmayaraq azyaşlı uşağımda heç bir sağalma olmayıb.

Qeyd edim ki, Fəridə Osmanova ixtisasca pediatr həkimi olsa da Ləki xəstəxanasında doğuşları həyata keçirməklə məşğuldur. Bunun nəticəsidir ki, doğuş zamanı uşaqlar “travma” alıb ömürlük şikəst olurlar, bir neçə ölüm faktı olub. 21.01.2013-cü il tarixdə doğuşdan sonra uşaq dayanmadan saatlarla ağladı azyaşlıya ağır dozalı sakitləşdirici iynə vurulmasına baxmayaraq sakitləşmədi. Səriştəsizlik edən Fəridə həkim bunun səbəbini öyrənmək üçün uşağı bizimlə birlikdə Mingəçevirdəki Xəstəxanaya həkimə apardı bizim iştirakımız olmadan müayinə edildi və bizə yalandan dedi ki, guya uşağın beynində bərkimə getdiyindən ağlayır, qorxulu heç nə yoxdur.

Ancaq sonradan Bakı şəhərində savadlı həkimlər müayinə edib bildirdilər ki, doğuş zamanı aldığı “travma” nəticəsində uşağın beynində qansızma var. Ağdaş rayonu Ləki qəsəbə Xəstəxanasının həkimi Fəridə Osmanovanın savadsızlığı və səriştəsizliyi nəticəsində iki ildir azyaşlı qızım Sevdanı Bakı şəhərində yerləşən Xəstəxanalarda və Rusiyada yerləşən Xəstəxanada müalicə etdirirəm.

Ancaq heç bir irəlləyiş yoxdur. Uşaq tam hərəkətsizdir, yeriyə, otura və danışa bilmir. Müalicələrə görə küllü miqdarda pullar xərcləmişik, borc içindəyik. Bu səbəbdən artıq çörək almağa imkanımız belə yoxdur. Artıq qohum-qonşunun köməyi ilə yaşayırıq. Bizə bildirirlər ki, uşağımızın müalicəsi xarici ölkədə mümkündür. Ancaq bizim hazırda heç bir imkanımız yoxdur.

Fəridə Osmanovanın savadsızlığı və səriştəsizliyi bizim ailəni dilənçi gününə saldı, övladım şikəst qaldı.1992-ci ildən Ağdaş Mərkəzi Rayon Xəstəxanasının baş həkimi vəzifəsində işləyən Nuru Nuriyevin yaratdığı korrupsiya qanusuzluğunun nəticəsidir ki, Ağdaş rayonunda səhiyyə bərbad gündədir. Mərkəzi Rayon Xəstəxanasının özündə də özbaşınalıq, qanunsuzluq baş alıb gedir.5000 nəfər sakini olan Ləki qəsəbə xəstəxanasında savadlı təcrübəli həkimlər yoxdur.Pediatr ixtisası olan, savadı, təcrübəsi olmayan Fəridə həkim doğuşlar həyata keçirir ki, nəticəsidə bizim başımıza gətirilən məlum özbaşınalıqlarla başqaları da üzləşirlər.

Bu çox təhlükəli haldır.Bizim ailənin Fəridə Osmanovanın qanunsuzluğu barədə Səhiyyə Nazirliyinə yazdığımız şikayət ərizəmizi icra olunması üçün Ağdaş MRX-na göndərilsədə oranın baş həkimi Nuru Nuriyev öz şəxsi maraqlarına görə obyektiv araşdırmadan, cinayət faktının üstünü ört-basdır etmişdir.Ailəmiz yas içindədir.Azyaşlı qızımın səhhəti çox ağırdı.

Bu qanunsuzluq, özbaşınalıq faktı ilə əlaqədar artıq bütün orqanlara şikayətlər göndərmişik. Biz mətbuat vasitəsi ilə Heydər Əliyev Fondunun Prezidenti hörmətli Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik azyaşlı qızımız Sevdanın xarici ölkədə müalicə edilməsinə köməklik edəsiniz .Sizin mərhəmətiniz nəticəsində çoxlu sayda xəstələr ölməyib sağalıb hayatda yaşayırlar. Hörmətli Mehriban xanım, ümüdümüz Allaha və Sizədir”.

Dəhşət: Ağdaşda doğuşu kimə etibar edibər: Övladı şikəst qalan ananın fəryadı
Dəhşət: Ağdaşda doğuşu kimə etibar edibər: Övladı şikəst qalan ananın fəryadı
Dəhşət: Ağdaşda doğuşu kimə etibar edibər: Övladı şikəst qalan ananın fəryadı
Dəhşət: Ağdaşda doğuşu kimə etibar edibər: Övladı şikəst qalan ananın fəryadı
Dəhşət: Ağdaşda doğuşu kimə etibar edibər: Övladı şikəst qalan ananın fəryadı
Dəhşət: Ağdaşda doğuşu kimə etibar edibər: Övladı şikəst qalan ananın fəryadı
Geri qayıt