Əsas Səhifə > Partiya > “TƏHSİLDƏKİ HƏBSLƏR HİCAB BÖHRANI İLƏ BAĞLIDIR”
“TƏHSİLDƏKİ HƏBSLƏR HİCAB BÖHRANI İLƏ BAĞLIDIR”2-11-2011, 12:21 |
AİP-DƏ BELƏ HESAB EDİRLƏR Məlumata görə, partiyanın gündəliyində əsasən AİP funksionerləri barədə məhkəmə hökümü, ölkədə ictimai-siyasi vəziyət və beynəlxalq aləmdə baş verən hadisələr, təşkilatı və cari məsələlər müzakirə olunub. İlkin olaraq çıxış edən AİP-in siyasi məsələlər üzrə müavini Akif Heydərli gündəlikdə duran məsələlərdən danışdı. İlk öncə Dağlıq Qarabağ problemindən danışan Akif Heydərli, hazırki vəziyyətin beynəlxalq güclərin maraqılarına xidmət etdiyini qeyd etdi. ATƏT-in Minsk qrupunun uğursuz fəaliyyətinin davam etdirdiyini qeyd edən Akif Heydərli, hazırda hakimiyyət tərəfindən bu təşkilata qarşı hər hansı etirazın olmadığını bildirdi. “Hazırda ölkə rəsmiləri münaqişənin vaxtının uzanmasını Azərbaycanın xeyrinə olduğunu bildirirlər. Lakin xalqımızı bunun tamamilə əksini müşahidə eləyir. Belə ki, artıq Ermənistan höküməti Dağlıq Qarabağın Ermənistana birləşdirən maqistral yolun çəkilməsinə dair qərar verib. Baş verən bu prosedurlara baxmayaraq daima Ermənistan soyqırımını dəstəkləyən və Qarabağ münaqişəsində heç bir dəstəyi olmayan Fransa prezidentini ölkə rəsmiləri Azərbaycana rəsmi qonaq olaraq dəvət edir və xalqı aldadırlar.” Təhsil Nazirliyinə aid olan vəzifəli şəxslərin həbs olunmasına da münasibət bildirən Akif Heydərli, bunu süni olaraq yaradılan hicab böhranı ilə bağlı olduğunu qeyd etdi. Süni yaradılan hicab böhranı həbs olunan nazirlikdə olan korrupsiya faktlarının qarşısının alınmas üçün idi. AİP sədri və funksionerlərinə qarşı Bakı Ağır Cinayətlər Dair İşlər Üzrə Məhkəməsi tərəfindən verilən qanunsuz 12 illik həbs cəzasını xatırladan Akif Heydərli, bununla bağlı hazırda appelyassiya şikayət verdiklərini və bundan sonra Avropa məhkəməsinə qədər gedəcəklərini qeyd etdi. Eyni halda AİP-in keçmiş ofisinin artıq neçə aydır ki, qeyri-qanuni olaraq bağlı qaldığını qeyd edən AİP funksioneri, ofisin açılması ilə bağlı aidyyatı orqanlara müraciət etdiklərini, lakin heç bir faydası olmadığın bildirdi. Sonra çıxış edən AİP-in sədr əvəzi Elçin Manafov, qarşıdan gələn Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını və bütün dünya müsəlmanlarını təbrik etdi. Hazırda ölkədə hicab problemi ilə yanaşı, dinə qarşı kifayət qədər basqıların olduqlarını qeyd edən AİP sədri, dini basqıların aradan qaldırılması üçün əllərindən gələn bütün tədbirləri görəcəklərini qeyd etdi. Sonra Elçin Manafov, oktyabr ayının 20-də mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəklərini bildirdi. Geri qayıt |