Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MÜƏLLİMLƏR İNSTİTUTUNDA HƏYƏCAN VAR

MÜƏLLİMLƏR İNSTİTUTUNDA HƏYƏCAN VAR


27-09-2012, 09:09
MÜƏLLİMLƏR İNSTİTUTUNDA HƏYƏCAN VAR

“HESABLAMA PALATASININ YOLUNU GÖZLƏYİRİK”

Hesablama Palatası yaxın vaxtlarda bir sıra universitetlərdə yoxlamalar aparacaq. Bu universitetlər sırasında Azərbaycan Müəllimlər İnstitutu (AMİ) da var.

AMİ-nin rektoru Aqiyə Naxçıvanlı Modern.az-a təsdiqləyib ki, noyabr-dekabr aylarında Hesablama Palatası tərəfindən adıçəkilən təhsil ocağında yoxlamalar aparılacaq:

“7 ildir ki, Hesablama Palatası tərəfindən bizim institutda heç bir yoxlama aparılmayıb. Mən bura yeni rektor təyin olunan zaman 11 filialın hər birində yoxlamalar aparılırdı, Ağcabədi filialında xoşagəlməz faktlar, saxtakarlıqlar aşkarlandı və bir sıra işçilər işdən azad olundu. İndi isə bu noyabr-dekabr aylarında yoxlamaların aparılması nəzərdə tutulur, amma hələ ki bizə rəsmi sənəd gəlməyib”.

Dövlət Tibb Universitetində də hələ heç bir yoxlama aparılmayıb.

Universitet rektorunun köməkçisi Aydın Vəliyev bildirib ki, Hesablama Palatası tərəfindən universitetdə 1 ildən çoxdur ki, yoxlamalar aparılıb: “Universitetdə heç bir qanun pozuntusu, saxtakarlıq aşkarlanmayıb. İnanmıram ki, belə bir fakt olsun. Hesablama Palatasının universitetdə yenidən yoxlama aparacağı barədə isə məlumatsızam”

Qeyd edək ki, bir müddət əvvəl Hesablama Palatası tərəfindən aparılan monitorinq zamanı Azərbaycan dillər Universitetində təhsil ocağının məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, ciddi maliyyə pozuntularına, çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə hallarına yol verilməklə dövlətə külli miqdarda zərər vurulduğu faktı qeydə alınıb.

Geri qayıt