Əsas Səhifə > Dünya > XAMENEİ TƏVAZÖKARLIQ EDİR
XAMENEİ TƏVAZÖKARLIQ EDİR27-09-2012, 09:35 |
O, PEYĞƏMBƏRƏ BƏNZƏDİLMƏSİNƏ QARŞI ÇIXIB İranın Ali lideri Ayətullah Seyid Əli Xamenei barəsində oxunan şerlər ve sloqanlarda peyğəmbərlərə və imamlara bənzədilməsinə, mübaliğələrə yol verilməsinə etiraz edib. SalamNews-un verdiyi xəbərə görə, bu barədə ayətullahın Baş dəftərxanası məlumat yayıb. Məlumatda bildirilir ki, bu yaxınlarda hərbiçilərlə görüşü zamanı əsgərlərin oxuduğu marşda "nicat gəmisi", "bizim Nuhumuz" sözlərindən istifadə olunub. Ali rəhbər çıxışı zamanı bu sözlərin münasib olmadığını bildirib: "İstəyirəm ki, peyğəmbərlərin və imamların adları çəkilən zaman bu adları mənim kimi naqis və kiçik insanların səviyyəsinə endirməyəsiniz. "Nicat gəmisi" yalnız Əhli-Beytdir (ə), bu gəminin Nuhu isə 12-ci imam Həzrəti Mehdidir (ə)". Məlumatda əvvəllər də bənzər hadisələrin baş verdiyinə işarə olunur. Bildirilir ki, əsgərlər tərəfindən "Canımız rəhbərə fəda olsun!" şüarı səsləndirilən zaman, Rəhbər bu şüara etiraz edərək "əsgər hansısa şəxsin yolunda ölməməlidir, hamımızın canı islama fəda olsun" deyib. Ayətullah Seyid Əli Xameneinin rəsmi saytının yazdığına görə, İsfahanda gənclərlə görüş zamanı bir gənc şair ona "Zamanın Elçisi" deyib. Bu zaman Rəhbər bildirib ki, "imamların adının yanında bizim adımızın çəkilməsi məni qorxuya salır. Onlar ilahi nurun özüdürlər, bizsə zülmətin içindəyik. Biz hara, onların ən kiçik şagirdləri hara? Biz hara, Kərbəlada İmam Hüseynin (ə) məhzərində şəhid olan zənci qul hara? Biz onların ayağının tozu da ola bilmərik. Xahiş edirəm belə sözlərdən istifadə etməyin". Geri qayıt |