Əsas Səhifə > Şou-biznes > BOŞANDIĞI DEYİLƏN RƏQQASƏ OKSANA ÜZƏ ÇIXDI...

BOŞANDIĞI DEYİLƏN RƏQQASƏ OKSANA ÜZƏ ÇIXDI...


27-09-2012, 10:10
BOŞANDIĞI DEYİLƏN RƏQQASƏ OKSANA ÜZƏ ÇIXDI...

AMMA ELŞADSIZ

Rəqqasə özəl həyatında yaşananlarla gündəmdə olmaq istəmir.

Milli.Az xəbər verir ki, təşkil olunan tədbirlərin birinə qatılan Oksana Rəsulova onu görüntüləmək istəyən əməkdaşımızdan maksimum qorunmağa çalışsa da, istəyini gerçəkləşdirə bilməyib. Sırf buna görə öz razılığı ilə fotokameramızın qarşısına keçib şəkil çəkdirməyə razı olub.

Daha sonra ondan reper Elşad Xose ilə ər-arvad münasibətlərini necə tənzimlədiyini xəbər aldıq. Maraqlıdır, görəsən, onların rəsmi nikahı hələ də davam edir, yoxsa artıq boşanıblar?

Suallarımız çox olsa da, cavab ala bilmədik. Rəqqasə Elşadsız məclisə təşrif buyurduğunu təsdiqləsə də, şəxsi həyatında baş verənlərə şərh vermək istəmədi. Bir kəlmə ilə "Mən xoşbəxtəm" dedi...

Geri qayıt