Əsas Səhifə > Cəmiyyət > DAİRƏ SEÇKİ ÜÇÜN NAMİZƏD TAPA BİLMİR
DAİRƏ SEÇKİ ÜÇÜN NAMİZƏD TAPA BİLMİR2-11-2011, 13:10 |
BƏLƏDİYYƏ SEÇKİSİNƏ MARAQ SIFIR Noyabrın 30-da keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə iştirak etmək üçün 85 seçki dairəsi və 330 bələdiyyə üzrə 1551 nəfərin namizədliyi qeydə alınıb. Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. İndiyədək yalnız bir seçki dairəsi üzrə namizəd qeydə alınmayıb. Bu, 18 saylı Nərimanov-Nizami seçki dairəsidir. Həmin dairə üzrə 2 nəfər imza vərəqələrini dairəyə qaytarsa da, hələlik onlar qeydiyyata alınmayıb. Ümumilikdə 1627 nəfər imza vərəqi götürüb. Onlardan 1588 nəfəri imza vərəqələrini qaytarıb. Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə sentyabrın 30-dan başlanılıb, oktyabrın 31-də başa çatıb. Qeydə alınan namizədlərlə bağlı son rəqəm bir həftə müddətində məlum olacaq. Seçki 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək. Qeyd edək ki, Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2009-cu il dekabrın 23-də keçirilib. Geri qayıt |