Əsas Səhifə > Sosial, Manşet > ZİYA MƏMMƏDOVU KÜRDLƏRƏ NƏ BİRLƏŞDİRİR?
ZİYA MƏMMƏDOVU KÜRDLƏRƏ NƏ BİRLƏŞDİRİR?2-11-2011, 13:43 |
KEŞLƏ DƏMİRYOL STANSİYASININ RƏİSİNƏ KİMSƏ BATA BİLMİR DİA.AZ: - 2010-cu ilin sentyabrın birindən etibarən Keşlə Dəmir Yol Stansiyasının "Yük Boşaltma Həyətində" işləyən 40-a yaxın avtokran sahibini rəhbərlik yük boşaltma işindən kənarlaşdıraraq həmin sahəni də digər sahələr kimi öz inhisarına alıb. Bu məlumat redaksiyamıza mötəbər mənbələrdən daxil olub. Mənbə bildirir ki, 2010-cu ilin iyul ayından etibarən bu təşkilata rəhbər vəzifəsinə keçəndən sonra "yuxarıların etimadını" doğrultmaq üçün Təlabani Tahirov "təmizləmə" adı altında öz “müdrik" ideyalarını həyata keçirməyə başlayıb.”Yuxarıların”, yəni Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun bu yönümdə xeyir-duasını alan Təlabani Tahirov Keşlə Yük Boşaltma Həyətində "analoqu olmayan qara bazar" yaradıb: “Onun inkasatorlarını Keşlə Yük Boşaltma Həyətinin hər yerində görmək olar”. Mənbənin iddialarına görə, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədov üçün hətta biri üçün gündəlik boşaldılan hər vaqondan 20 azn pul yığılır. Nəzərə alsaq ki, gün ərzində stansiyaya orta hesabla 120-150 vaqon daxil olur və bu minvalla da deputatın təkcə buradan əldə etdiyi məbləği müəyyən etmək olar. Mənbə bildirir ki, Keşlə Dəmir Yol Stansiyanın rəisi Təlabani Tahirov görəvə alınandan sonra bu idarədə vaqon boşaltma xərcləri də artıb: “Belə ki, əvvəllər 80 manata boşaldılan vaqon Təlabani müəllimin monopol qaydalarından sonra 110 manata boşaldılır. Hər bir vaqon sahibindən alınan 110 manatın cəmi 20 manatı istismar olunan kran sahibinə verilir. Qalan 90 manat isə mərkəzləşmiş qaydada qəbz olmadan inkasatorlar tərəfindən yığılır və rəhbərliyə ötürülür”. Mənbə bildiri kİ, Tələbani müəllim hətta qul kimi işlətdiyi fəhlələrdən də pul yığır: “Bu qədər alınan pulun müqabilində təkcə qapıda 1.2 azn yazılmış qəbz verilir. Bunun qarşılığında isə yerli maşınlardan 3 manat, İran maşınlarından isə 20 manatdan yığılır. Hər bir vaqon 2-3 maşına boşaldıldığı halda nə qədər pulun mənimsənilməsini hesablamaq çox da çətin olmaz”. Onu da bildirək ki, bütün bu faktları DİA.AZ əməkdaşı yerində də müşahidə edib və araşdırmalarımızın nəticələrini yaxın zamanlarda diqqətinizə çatdıracağıq. Hər halda antikorrupsiya dönəmində korrupsiya yuvalarından hazırlanan reportajlar hər kəs üçün maraqlıdır. Elə korrupsiyaya qarşı mübarizə idarəsi üçün də. Bu arada redaksiyamıza daxil olan bir başqa məlumatda vurğulanır ki, Tələbani Tahir əslən kürd olduğundan bu gün iqtidar içindəki kürd qruplaşması tərəfindən də ciddi şəkildə dəstəklənir. Hər halda bu faktın özü ortaya tamam fərqli bir məqamı çıxarmış olur. Söhbət NN şefi Ziya Məmmədovun kürd qruplaşması ilə şərikli biznesinin olmasından gedir. Geri qayıt |