Əsas Səhifə > Dünya > ERMƏNİSTANDA MƏKTƏBLƏR BAĞLANIR

ERMƏNİSTANDA MƏKTƏBLƏR BAĞLANIR


28-09-2012, 12:24
ERMƏNİSTANDA MƏKTƏBLƏR BAĞLANIR

MƏKTƏBƏ GETMƏYƏ UŞAQ TAPILMIR

Ermənistan rəsmiləri dünya ictimaiyyətindən əsl həqiqəti-ölkənin ağır vəziyyətini, əhalinin əksəriyyətinin yoxsulluğun son həddində yaşamasını, öz “doğma vətənlərini” tərk edərək başqa ölkələrə üz tutmasını gizlədərək, guya ölkədə “gözəl həyat”, “yaşayış üçün hər cür şərait yaradıldığı” barədə yalan dolu informasiyalar yayırlar. Amma Fransadakı güclü erməni lobbisinin vəsaiti hesabına Parisdə fransız dilində gündəlik nəşr olunan “Ermənistan xəbərləri” jurnalının 27 sentyabr tarixli nömrəsində dərc olunan məlumat ermənilərin yalanını bir daha üzə çıxarıb. “Uşaq olmadığından Ermənistanın Geqorkunik regionundakı kənddə məktəb bağlanıb” sərlövhəli yazıda bildirlir ki, ailələrdə uşaq doğulmadığından, ümumiyyətlə uşaq olmadığından və yeddi il ərzində sakinlər tədricən yaşadıqları kəndi təmamilə tərk etdiklərindən Ermənistanın Geqorkunik rayonundakı kəndlərin birində məktəb bağlanıb.

Əlbəttə, məqalədə söhbət bir kənddən gedir. Amma əhalinin tərk etməsi və uşaq çatışmazlığı üzündən Ermənistanda onlarla kənd məktəbinin bağlandığnı təsəvvür etmək çətin deyil.

Xatırladaq ki, Ermənistanda yaranan mövcud vəziyyət barədə həqiqəti Azərbaycanın deyil, ermənilərin öz mətbu orqanları yayırlar.

Geri qayıt