Əsas Səhifə > Dünya > RƏSMİ TİFLİS ERMƏNİSTANDAN NİYƏ QORXUR?

RƏSMİ TİFLİS ERMƏNİSTANDAN NİYƏ QORXUR?


28-09-2012, 12:27
RƏSMİ TİFLİS ERMƏNİSTANDAN NİYƏ QORXUR?

RUS QOŞUNLARI MÜZAKİRƏ MASASINDA

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze və ABŞ dövlət katibinin müavini Bill Börns Rusiyanın Ermənistandakı hərbi bazalarından gələn təhlükəni müzakirə ediblər.

"Söhbət Rusiya silahlı qüvvələrinin Şimali Qafqazda toplanmasından və onların Gümrüdə yerləşdirilməsindən gedir ki, bu da region üçün təhlükə yaradır", - Vaşadze qeyd edib.

Trend-in məlumatına görə, görüş zamanı Gürcüstanda qarşıdan gələn parlament seçkiləri, Qafqaz regionunda vəziyyət və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Həmçinin, tərəflər seçki prosesində beynəlxalq müşahidə missiyalarının iştirakı məsələsini müzakirə ediblər.

Ermənistanın şimalında yerləşən Gümrü şəhərində 1995-ci ildən Rusiyanın 102-ci hərbi bazası yerləşir. Burada MDB-nin Hava Hücumundan Müdafiə birləşdirilmiş sistemi çərçivəsində döyüş növbəsi aparılır. Baza Cənubi Qafqazda Rusiya Federasiyasının Şimali-Qafqaz hərbi dairəsi Rusiya qoşunları qrupuna tabe edilib.

Baza S-300 zenit və qırıcı An-29 raket kompleksləri ilə təchiz edilib. Bazada şəxsi heyətin sayı təxminən 5 min nəfər təşkil edir.

Geri qayıt