Əsas Səhifə > Güney Press, Araşdırma > “AKKORD”UN İŞÇİSİ CİNAYƏT BAŞINDA YAXALANDI

“AKKORD”UN İŞÇİSİ CİNAYƏT BAŞINDA YAXALANDI


28-09-2012, 12:40
“AKKORD”UN İŞÇİSİ CİNAYƏT BAŞINDA YAXALANDI

O, ŞİRKƏTİN DİZELİNİ SATMAQ İSTƏYİRDİ

"Akkord"un işçisi şirkətə məxsus dizeli oğurlayıb satmaq istəyərkən saxlanılıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Hacıqabul rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-da "Akkord İnşaat Sənaye" MMC-yə məxsus 3155 litr dizel yanacağını oğurlayıb satmağa cəhd göstərmiş, oranın işçisi Fuad Heydərov saxlanılıb.

Fatla bağlı cinayət işi başlanıb.

Geri qayıt