Əsas Səhifə > Partiya > NAXÇIVAN CƏBHƏÇİLƏRİ ACLIĞA HAZIRLAŞIR

NAXÇIVAN CƏBHƏÇİLƏRİ ACLIĞA HAZIRLAŞIR


2-11-2011, 15:41
NAXÇIVAN CƏBHƏÇİLƏRİ ACLIĞA HAZIRLAŞIR

“MÜDİR BİLƏNDƏ Kİ, MÜXALİFƏM 3 AYLIQ MAAŞIMI VERMƏDİ”

Bu gün Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun ofisində keçirilən mətbuat konfransında Naxçıvan sakinlərinin problemləri, onların hüquq və azadlıqlarının pozulması müzakirə olunub.

Region sakinləri vətəndaşların siyasi baxışlarına, konkret olaraq AXCP üzvlüyünə görə sıxışdırıldığını bildiriblər.

Həmin şəxslər artıq bir neçə ildir ki, öz vətənləri Naxçıvanda yaşaya bilmir və ailələri ilə bilikdə Bakıda “sürgündə” təsadüfü qazancla yaşamağa məcburdurlar. Onlar yardım xahişi ilə beynəlxalq təşkilatlara və hüquq müdafiəçilərinə müraciət ediblər.

Belə vətəndaşlardan biri Sahib Hüseynov bildirib ki, 2005-ci ildə Naxçıvandan deportasiya olunub. Buna səbəb NMR Ali Məclisinə deputatlığa namizədliyini irəli sürməsi olub.

O vaxtdan ona qarşı təqiblərə son qoyulmur. O həmçinin qeyd edib ki, bu ilin sentyabrında

Facebook-da Naxçıvanın Nehrəm kəndinin ağır sosial-iqtisadi durumu haqda foto yerləşdirib. Bu, yenidən onun xüsusi xidmət tərəfindən təqib olunmasına səbəb olub.

S.Hüseynov qeyd edib ki, dörd ay Bakı qəsəbələrinin birində şadlıq evinin tikintisində çalışıb. Tikintinin sahibi onun müxalifət tərəfdarı olduğunu biləndə üçaylıq əmək haqqını verməyib.

Tədbirin digər iştirakçıları da oxşar hadisələr danışaraq müddətsiz aclıq etmək niyyətində olduqlarını bildiriblər.


Geri qayıt