Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ZAKİR QARALOV: “PRİNSİPİAL MÜBARİZƏ DAVAM EDƏCƏK”
ZAKİR QARALOV: “PRİNSİPİAL MÜBARİZƏ DAVAM EDƏCƏK”29-09-2012, 10:41 |
BAŞ PROKURORDAN AÇIQLAMALAR Azərbaycanın prokurorluq orqanlarının əməkdaşları tərəfindən yol verilən bütün neqativ təzahürlərə qarşı qətiyyətli və prinsipial mübarizə xətti bundan sonra da eyni intensivliklə davam etdiriləcək. Trend-in məlumatına görə, bunu prokurorluq orqanları əməkdaşlarının peşə bayramı ərəfəsində rəsmi "Azərbaycan" qəzetində dərc olunmuş yazısında bildirib. Onun sözlərinə görə, ötən il və bu ilin ötən dövrü ərzində 13 prokurorluq əməkdaşı prokurorluq orqanlarından xaric edilib. Baş prokuror bildirib ki, 2011-ci il və cari ilin ötən dövrü ərzində müvafiq olaraq 68 və 47 əməkdaş intizam qaydasında ciddi cəzalandırılıb. Xidməti intizamın kobud pozuntusuna, müstəntiq və prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə, cinayət xarakterli məlumatların araşdırılması zamanı qanunsuzluqlara və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin tələblərinin pozuntusu hallarına, cinayət qanunvericiliyi ilə təqib olunan əməllərə yol verdiklərinə görə müvafiq olaraq tən il 4, bu ilin ötən dövründə isə 9 əməkdaş prokurorluq orqanlarından xaric edilib. Onlardan 3-ü cinayət məsuliyyətinə cəlb edilməklə barələrində həbs qətimkan tədbiri seçilib. *** Azərbaycan prokurorluq işçilərinin yarısını gənclər təşkil edir. Trend-in məlumatına görə, bunu Baş prokuror Zakir Qaralov prokurorluq orqanları əməkdaşlarının peşə bayramı ərəfəsində rəsmi "Azərbaycan" qəzetində dərc olunmuş yazısında bildirib. Qaralov bildirib ki, prokurorluq orqanlarında vakant vəzifələrin demokratik və şəffaf prosedurlar əsasında dövlətçiliyə sadiq, sağlam mənəviyyata, geniş dünyagörüşünə və yüksək nəzəri biliklərə malik gənc hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə 2002-ci ildən başlayaraq indiyədək 10 müsabiqə keçirilməklə 499 şəxsin prokurorluğa qulluğa qəbul edilib. Bunun nəticəsində yeni nəsil prokurorluq işçilərinin nisbəti 16 dəfədən çox artaraq prokurorluq işçilərinin cəminin təxminən 50 faizini təşkil edir. Baş prokurorun sözlərinə görə, cari ildə keçirilən 11-ci müsabiqə başa çatdıqdan sonra isə bu nisbət daha da artaraq prokurorluq orqanlarının əməliyyat işçilərinin böyük hissəsini yeni işə qəbul edilmiş şəxslər təşkil edəcək. Qaralov bildirib ki, yuxarı təsnifatlar üzrə vəzifədə irəli çəkilmiş şəxslərin 200-dən çoxu əvvəlki müsabiqələrin nəticələrinə görə prokurorluq orqanlarına qulluğa qəbul edilmiş şəxslərdir. Onlardan 85 nəfəri prokurorluğun mərkəzi aparatına - Baş Prokurorluğa, 6 nəfəri isə rəhbər vəzifələrə təyin ediliblər. "Kadrlarla işin səmərəli təşkilinin nəticəsi olaraq 2011-ci ildə fəaliyyətləri müsbət qiymətləndirilmiş 21 nəfər, cari ilin birinci yarımilliyində isə 5 nəfər müstəqil rayon və şəhər prokurorları vəzifələrinə təyin edilib, onlardan 13 nəfəri bu vəzifəyə ilk dəfə irəli çəkilən şəxslər olub. Ümumilikdə ötən il ərzində 169 prokurorluq işçisi yuxarı təsnifat üzrə vəzifələrə irəli çəkilib, xidmətdə fərqləndiklərinə görə 153 əməkdaş mükafatlandırılıb. Cari ilin birinci yarımilliyində 78 nəfər mükafatlandırılıb, 42 prokurorluq işçisi isə yuxarı vəzifələrə irəli çəkilib", Qaralov deyib. Geri qayıt |