Əsas Səhifə > Güney Press, Araşdırma > GÜLƏR ƏHMƏDOVA DA HAKİMİYYƏTİ ŞANTAJ EDİR

GÜLƏR ƏHMƏDOVA DA HAKİMİYYƏTİ ŞANTAJ EDİR


29-09-2012, 10:51
GÜLƏR ƏHMƏDOVA DA HAKİMİYYƏTİ ŞANTAJ EDİR
“ƏGƏR MƏNİM ÜSTÜMƏ GƏLSƏNİZ”...

“Mən inanıram ki, o, qadını divara dirəsələr Əvəz Zeynallı kartı açılacaq. Bu Gülər xanımın xarakteridir. Onun üçün müqəddəs olan heç bir şey yoxdur. Gülər xanım elə bir insandır ki, su boğazına çatanda öz balasını da ayaqları altına qoyar”. Bunu AzNews.az-a jurnalist Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı Gülər Əhmədova olayına münasibət bildirərkən deyib.

M.Zeynallı bildirib ki, Gülər Əhmədova jurnalistə şər-böhtan atıb: “Bizim dediklərimizin hamısı təsdiq olundu. İctimai bəraətimizi qazandıq. Hazırda məhkəmə prosesi gedir. Gözləyirik ki, görək bu məsələnin sonu necə olacaq? Biz təkcə YAP-ın açıqlaması və həmin video yazı ilə öz bəraətimizi qazandıq. Gülər Əhmədovanın belə tez cəzalanmasını gözləmirdim. Bu Allahın bir möcüzəsidir. Allahdan başqa heç kəsə ümidimiz yox idi. Çünki biz bilirdik ki, hansı cəmiyyətdə yaşayırıq. Ortada “qaydasız döyüş” gedirdi. Bütün bəşəriyyətdən də böyük bir varlıq-Allah hər şeyi yoluna qoydu. Həqiqətən də kim hansı quyunu qazırsa, ona da düşür. Onların başqa yolu olmadı”.

M.Zeynalova dedi ki, G. Əhmədova Ə.Zeynallı kartını açacaq: “Gülər xanımın açıqlamalarından görünür ki, o, necə təhdid yolunu seçib. Dünən lazımi yerdən bir məlumat aldıq. Gülər xanım deyib ki, əgər mənim üstümə gəlsəniz, Əvəz Zeynallı kartını açacam. Deməli, bunun bir oyun olduğunu belə onun özü etiraf edib. Bu olmuş bir şeydir. Bütün bunlar göstərir ki, Əvəz Zeynallının həbsi sifarişdir?”

Geri qayıt