Əsas Səhifə > Partiya > “ÜMİD”DƏ GÖRÜŞ

“ÜMİD”DƏ GÖRÜŞ


2-11-2011, 16:28
“ÜMİD”DƏ GÖRÜŞ

İQBAL AĞAZADƏ İÇDUYĞUNU QƏBUL EDİB

Bu gün Ümid Partiyasının sədri, Millət Vəkili İqbal Ağazadə partiyanın qərargahında Avropa Birliyinin Beynəlxalq Miqrasiya Proqramının nümayəndəsi Əhməd İçduyğunu qəbul edib.

Partiyanın mətbuat xidmətindən DİA.AZ-a daxil olan məlumata görə, görüşdə Avropa Birliyi və Azərbaycan arasında sadələşdirlimiş viza rejimi məsələləri, Azərbaycanın Avropaya inteqrasiyası və sair məsələlər müzakirə olunub. Eyni zamanda, Beynəlxalq Miqrasiya Proqramının nümayəndəsi Əhməd İçduyğu Azərbaycandakı vəziyyətlə bağlı onu narahat edən məsələlər barədə də Millət Vəkili İqbal Ağazadənin fikirlərini öyrənib.


Geri qayıt