Əsas Səhifə > Dünya > “ƏL-ƏRƏBİYYƏ” VƏDİNƏ ƏMƏL ETDİ

“ƏL-ƏRƏBİYYƏ” VƏDİNƏ ƏMƏL ETDİ


30-09-2012, 13:06
“ƏL-ƏRƏBİYYƏ” VƏDİNƏ ƏMƏL ETDİ
PİLOTLARI ÖLDÜRMƏYİ RUSİYA ƏMR EDİB

Türkiyə Hərbi Hava Qüvvələrinin "RF-4E" təyyarəsinin pilotlarının öldürülməsini sübut edən Suriya xüsusi xidmət orqanlarının məxfi materialları mətbuata yayılıb. Həmin sənədlərdə Türkiyəyə məxsus təyyarənin pilotlarının qəza nəticəsində deyil, Moskvanın tələbi ilə Bəşər Əsədin adamları tərəfindən öldürüldüyü iddia edilir. Bu gizli sənədlər Səudiyyə Ərəbistanın “Əl-Ərəbiyyə” telekanalı vasitəsilə ictimaiyyətə açıqlanıb.

“Rusiya rəhbərliyindən verilən məlumat və əmrə əsaslanaraq xüsusi xidmət orqanları tərəfindən (Suriya) saxlanılan 2 türk pilotunu təbii yolla kənarlaşdırmaq lazım gəldi, onların meyitlərini isə beynəlxalq sulardakı qəza yerinə (təyyarə) qaytarmaq lazımdır”,- deyə həmin məxfi sənədlərdən birində yazıldığı bildirilir.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı iyunun 22-də Aralıq dənizi üzərindəki beynəlxalq hava məkanında Suriya tərəfindən vurulan “RF-4E” tipli təyyarənin pilotları – kapitan Gökhan Ertan və leytenant Həsən Hüseyn Aksoyun meyitlərinin dənizin dibində aşkarlandığını açıqlamışdı.

“Əl-Ərəbiyə” ifşaedici sənədlərin yayımlanmasını davam etdirəcəyinə söz verib.

Geri qayıt