Əsas Səhifə > Güney Press, Araşdırma > NƏDƏN ABU REKTORU HAMINI GİZLİCƏ ÇƏKİB?
NƏDƏN ABU REKTORU HAMINI GİZLİCƏ ÇƏKİB?30-09-2012, 13:13 |
ELŞAD ABDULLAYEV AZƏRBAYCANA GƏTİRİLƏ BİLƏR Görüntülü mandat alış-verişinin əks-sədaları genişləndikcə onun neçə il əvvələ gedib çıxan dərin kökləri ilə bağlı yeni mülahizə və ideyalar da meydana çıxır. Məlumdur ki, Elşad Abdullayevlə Gülər Əhmədovanın bir şahidin iştirakı ilə apardıqları söhbət Azərbaycanın seçki tarixində ən gərgin keçmiş 2005-ci ilin parlament seçkiləri ərəfəsində çəkilib. O zaman Azərbaycanda və dünyada çoxsaylı qüvvələr Ukrayna və Gürcüstandan Azərbaycana rəngli inqilabların hansısa formada gəlişini arzulayır və buna çalışırdılar. Bir anlığa o zamankı siyasi şəraitə qayıtsaq aydın görmək olar ki, deputat olmaq istəyənlərin bir qismi hakimiyyət dəyişikliyinin şahidi olmaq, başqa bir qismi inqilabın qəhrəmanları sırasında olmaq, digər bir qismi isə gözlənilən yeni hakimiyyətin yanında yer almağı hədəfləmişdi. Bir sözlə o zaman siyasətdən tam şəkildə uzaq adamlar belə seçkiyə məhz fəal siyasi planlar və siyasi ambisiyalarla qoşulurdu. Ölkənin daxilində və xaricində hakmiyyət dəyişikliyini istəyən siyasi qüvvələr var idi. Belə bir şəraitdə mandat əldə etmək üçün istənilən bir vasitəyə əl atmağa hazır olan Elşad Abdullayev kimi şəxslər heç ola bilməzdi ki, özünün siyasi planlarını nəzəri də olsa, Azərbaycanın gələcək hakimiyyəti və ya hakmiyyəti dəyişmək istəyən qüvvələrin maraqları ilə hər hansı bir formada uzlaşdırmasın. Məlumdur ki, 2005-ci il ərəfəsində Elşad Abdullayev həm bütün hakmiyyətlə, həm də hakimiyyətin təəssübkeşi olan Gülər Əhmədova ilə normal münasibətlərdə idi. Onun rəhbərlik etdiyi Beynəlxalq Universitetin bağlana biləcəyinin də hər hansı bir əlaməti yox idi. Bir sözlə Elşad Abdullayev o zaman mövcud hakimiyyətlə münasibətlərdə hər kəsin qibtə edə biləcəyi bir mövqedə idi. Onun özü də o zaman hakimiyyətlə münasibətlərinin pozula biləcəyini ağlına belə gətirmirdi. Elə isə Elşad Abdullayevi hansısa bir gün üçün həmin mandat alveri səhnəsini lentə almağa kim, nə və hansı maraq sövq edə bilərdi. Bildiyimiz qədər onun Gülər Əhmədova ilə əzəldən heç bir düşmənçiliyi olmayıb. Deməli onun kompromat hazırlamasının hədəfi Gülər Əhmədovadan daha böyük qüvvələr ola bilərdi. Belə də, qalmaqallı videogörüntülərin daha çox kriminal əməl, yoxsa böyük siyasi hədəflərə yönəlmiş siyasi əməliyyat olması barədə şübhə və mülahizələr baş qaldırır. \ gundem \ Geri qayıt |