Əsas Səhifə > Şou-biznes > BRİILLİANT DADAŞOVA OĞLUNDAN DANIŞDI
BRİILLİANT DADAŞOVA OĞLUNDAN DANIŞDI30-09-2012, 13:45 |
"ÖZÜMƏ OXŞAYIB" Xalq artisti Space telekanalının "Plus-minus" verilişində oğlu Cahaddan danışıb. Day.Az xəbər verir ki, Brilliant Dadaşova deyib ki, bəzi həmkarlarının onların yolunu davam etdirən övladlarından fərqli olaraq, Cahad tamamilə başqa peşə seçib. Müğənninin sözlərinə görə, oğlu diqqət mərkəzində olmaqdan xoşlanmır. "Oğlum həmişə çalışır ki, diqqət mərkəzinə düşməsin. Bunun səbəbi, bəlkə də, ondadır ki, kiçik yaşlarından hamının onunla maraqlandığını görüb. Həm də o axı kişidir. Məsələn, onun ad gününə çoxlu adam dəvət edəndə xoşuna gəlmir. Bu barədə haradasa özümə oxşayıb", - deyə B.Dadaşova bildirib. Geri qayıt |