Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MİSİR MƏRDANOV MÜƏLLİMLƏRİ KƏNDDƏ SAXLAYA BİLMİR

MİSİR MƏRDANOV MÜƏLLİMLƏRİ KƏNDDƏ SAXLAYA BİLMİR


30-09-2012, 14:11
MİSİR MƏRDANOV MÜƏLLİMLƏRİ KƏNDDƏ SAXLAYA BİLMİR
NAZİR TƏDBİR GÖRƏCƏYİNİ DEYİR

Azərbaycanın bölgələrində, xüsusilə də ucqar kəndlərdə orta məktəblərdə müəllim çatışmazlığının aradan qaldırılması üçün təyinatla göndərilən müəllimlərin bir qismi geri qayıdır. Bunu təhsil nazir Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. Nazir gənc müəllimlərin rayonlarda işləmək istəməməsinin səbəblərinə də aydınlıq gətirib.

"Əlbəttə, bilirəm ki, kənd məktəblərinə göndərilən müəllimlərin hamısı həmin məktəblərə getmir. Bu problemi aradan qaldırmaq üçün yerlərdə müəllimlərə uyğun şərait yaratmaq lazımdır. İşdən imtina edib, geri qayıtma hallarının qarşısını almaq üçün də müəyyən tədbirlər görəcəyik",- deyə Misir Mərdanov bildirib.

Təhsil naziri müəllimlərin geri qayıtmasının müxtəlif səbəbləri açıqlayıb: "Bu səbəblər Nazirliyimizdə fəaliyyət göstərən xüsusi qurum tərəfindən araşdırılır. Kəndlərə göndərilən müəllimlərin hər birinə bir ev vermək imkanımız daxilində deyil. Yəni, müxtəlif səbəblər var, problemlər çoxdur. Tədricən bu problemlər aradan qaldırılır".


MİSİR MƏRDANOV İZAHAT VERİR - VİDEO
Geri qayıt