Əsas Səhifə > Dünya > ƏRDOĞANIN BAŞ NAZİR POSTUNDA VARİSİ BƏLLİ OLDU
ƏRDOĞANIN BAŞ NAZİR POSTUNDA VARİSİ BƏLLİ OLDU1-10-2012, 08:58 |
ƏRDOĞAN - PREZİDENT, ALİ BABACAN - BAŞ NAZİR DİA.AZ: - Dünən Türkiyənin hakim Ədalət və Qalxınma Partiyası özünün 4-cü qurultayını keçirib. Bildirək ki, Hamas liderinin, Bərzaninin, Misirin yeni prezidentinin və digər ünlü qonaqların iştirak etdiyi, nitq söylədiyi bu qurultay əslində ekspertlər tərəfindən haqlı olaraq Yaxın Şərqin əlahiddə toplantısı kimi dəyərləndirildi. Çünki öz çıxışında təkcə Türkiyə ilə bağlı deyil, həmçinin qonşu ölkələrlə əlaqədar da bir çox prinsiplərini açıqlayan Türkiyənin hazırki baş naziri Rəcəb Tayyib Ərdoğan eyni zamanda varisinin kimliyini də ictimaiyyətin diqqətinə çatdırdı. Kimdir o? DİA.AZ bildirir ki, bu günlərdə mətbuata açıqlama verən İstanbulun bələdiyyə başqanı Qədir Topbaş Rəcəb Tayyib Ərdoğanın prezident seçilmək fikrində olduğunu açıqlayıb. O zaman ortaya haqlı olaraq bir sual çıxmışdı: Bu vaxta qədər böyük bir inkişaf xətti ilə Türkiyəni yüksəklərə qaldıran AKP iqtidarının baş nazirlik sükanına kim oturacaq? Bu suala dünənki qurultayda cavab verildi. Bir zamanlar uğurlu xarici işlər naziri kimi diqqətə gələn Ali Babacan Ərdoğanın baş nazirlik kürsüsündə əsas varisi ola bilər. Qeyd edək ki, 4-cü qurultayda Ali Babacan üst düzəyə seçimlərdə ən yüksək səs faizini alması ilə də məsələnin nə yerdə olduğunu diqqətlərə çatdırmış oldu. Geri qayıt |