Əsas Səhifə > Dünya > ALMAN FAŞİSTLƏRİ İŞ BAŞINDA

ALMAN FAŞİSTLƏRİ İŞ BAŞINDA


1-10-2012, 09:06
ALMAN FAŞİSTLƏRİ İŞ BAŞINDA
TÜRKLƏRİN YAŞADIĞI İKİ BİNA YANDIRILDI

DİA.AZ: - Almaniyada neofaşistlər Türkiyə türklərinə qarşı iyrənc davranışlarını davam etdirirlər. DİA.AZ-ın əcnəbi KİV-lərə istinadən verdiyi xəbərə görə, Bremen şəhərində türklərin sıx yaşadığı iki bina Hitlerin davamçıları tərəfindən atəşə verilib. Yanğın nəticəsində əksəriyyəti türk olmaqla 31 nəfər yaralanıb.

Məlumatlardan aydın olur ki, yaralananlar arasında bir körpə uşaq və 9 azyaşlı var. Xoşbəxtlikdən alman faşistlərinin hücumuna məruz qalan türklərin həyatına heç bir təhlükə yoxdur. Hadisə ilə bağlı Bremen polisinin bir şübhəlini həbs etdiyi də bildirilir. Amma təəssüflər olsun ki, bu dəqiqələrə qədər hələ də şübhəlinin dindirilmədiyi məlum olub.

Geri qayıt