Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SEVİNC BABAYEVANIN HİMAYƏDARI QORXUR
SEVİNC BABAYEVANIN HİMAYƏDARI QORXUR1-10-2012, 09:38 |
GÜLƏR ƏHMƏDOVA OLAYI ƏLİKRAM ƏLİYEVİ BİTİRƏ BİLƏR Bir müddət əvvəl ölkə kitabxanalarını qeyri-qanuni hərraca çıxaran Bakı şəhər Baş Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev növbəti problemlə üzləşib. Artıq Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə Gülər Əhmədovanın birgə videosunda yer almış M.Ə.Sabir adına kitabxananın direktoru Sevinc Babayevə vəzifəsi ilə vidalaşıb. Bunun ardınca isə idarə rəisi Əlikram Əliyevin də yola salınacağı gözlənilir. Gələn məlumatlarda bildirirlir ki, “Xeyr və şər” adlı tanınmayan bir qəzetin parlament müxbiri olmuş Sevinc Babayeva qəfildən M.Ə.Sabir adına kitabxananın direktoru vəzifəsinə təyinat alıb. Lakin ixtisasca kitabxanaçı olmayan S.Babayevanın kitabxana direktoru vəzifəsinə təyin edilməsi və eyni zamanda onun hansı vəzifəli şəxs tərəfindən himayə olunması Baş Prukurorluqda şübhə yeri qoymayıb. Bu barədə mənbə bildirir ki, təsadüfi olmayıb ki, qalmaqallı videogörüntülər ortaya çıxan kimi gözlər dərhal mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə dikilib. Amma nazir Əbülfəz Qarayev isə S.Babayeva adlı adamı tanımadığını deyərək, məsuliyyəti öz üzərindən atıb. Buna baxmayaraq Baş Prokurorluq Sevin Babayevanın M.Ə.Sabir adına kitabxananın direktoru vəzifəsinə kimin təyin etdiyini araşdırmağa başlayıb. Daxil olan məlumatlara görə, S.Babayevana Bakı şəhər Baş Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin əmri ilə M.Ə.Sabir adına kitabxananın direktoru vəzifəsinə təyin edilib. Bundan isə Əbülfəz Qarayevin xəbəri olmayıb. Maraqlısı isə odur ki, S.Babayevanın fəaliyyətindən dəfələrlə narazılıq olsa da, Ə.Əliyev onu həmişə müdafiə edib. Deyilənlərə görə isə kitabxana direktoru idarə rəisini əməlli başlı “dolandırırmış”. Elə bu baxımdan da S.Babayeva Bakı şəhər Baş Mədəniyyət və Turizm İdarəsinin rəisi tərəfindən hümayə olunduğu üçün son günlərə kimi vəzifəsini qoruya bilib. Mənbə daha sonra bildirir ki, YAP Gülər Əhmədovadan imtina edəndən sonra elə Əlikram Əliyev də Sevinc Babayevadan imtina etmək məcburiyyətində qalıb. Əlikram Əliyev direktorla müqavilə müddətini uzatmamaqla vəziyyətdən çıxmağa çalışıb. Lakin istintaq araşdırmaları zamanı Sevinc Babayevanın taleyinin necə olacağı Əlikram Əliyevi təşvişə salıb. Buna səbəb isə Əlikar Əliyev məlum videogörüntülər barəsində istintaq araşdırmaları zamanı Sevinc Babayevanın artıq-əskik danışmasından ehtiyyat edir. Bunun üçün də idarə rəisi artıq ehtiyyat tədbirləri görmək istiqamətində S.Babayevanı təlimatlandırıb. \ AzeriNews \ Geri qayıt |