Əsas Səhifə > Gündəm, Manşet > ASFALT BİZNESİ UĞRUNDA SAVAŞ
ASFALT BİZNESİ UĞRUNDA SAVAŞ3-11-2011, 11:04 |
ZİYA MƏMMƏDOV DAHA DA GERİYƏ ÇƏKİLİR DİA.AZ: - Bakıda asfalt biznesini əldən çıxaran nəqliyyat naziri Ziya Məmmədov daha bir istiqamətdəki gəlirindən ola bilər. Bu barədə redaksiyamızı Nazirlər Kabinetindəki mötəbər mənbələr bilgiləndirib. «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) ötürülən informasiyada qeyd olunur ki, Ziya Məmmədov magistral yolların çəkilişini də əldən çıxarmq üzərədir. Xatırladaq ki, artıq paytaxtda yolların təmiri və tikintisi işləri nəqliyyat nazirliyindən, daha dəqiqi Cavid Qurbanovun rəhbərlik etdiyi «Azəravtoyolservis»dən alınaraq Bakı şəhər İcra Hakimiyyətinə verilib. Onu da bildirək ki, əslində əvvəllər də yolların çəkilişi İH-nin nəzarətində idi. Lakin günü gündən mövqelərini və imkanlarını gücləndirən NN şefi asfalt biznesini nəhayətdə ələ keçirməyə müvəffəq olmuşdu. Məlumatlı mənbə bildirir ki, rayonlarda da anoloji proses həyata keçirilib və artıq yolların çəkilişi icra hakimiyyətlərinin balansındadır: «Amma Ziya Məmmədov hələ də ümumrespublika və beynəlxalq əhəmiyyətli yollara nəzarəti öz əlində saxlayır. Təbii ki, bu da pərakəndəliyin yaranmsı ilə nəticələnib. Çünki, məsələn, rayonların ərazilərindən keçən magistral yollara nə İH-ləri, nə də «Azəravtoyolservis» baxmır. Və nəticədə yollar qısa müddətə sıradan çıxır. ona görə də NN şefi həmin hissəni də əldən vermək üzərədir». Geri qayıt |