Əsas Səhifə > Sosial, Manşet > SAHİBKARLARA YARDIM MİLLİ FONDUNUN ŞOUSU

SAHİBKARLARA YARDIM MİLLİ FONDUNUN ŞOUSU


3-11-2011, 11:18
SAHİBKARLARA YARDIM MİLLİ FONDUNUN ŞOUSU

32 SAHİBKARA “VERİLƏN” 395 MİN MANATIN ACI TALEYİ

DİA.AZ: - İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Yardım Milli Fondunun nümayəndələri, başda sədr Şirzad Abdullayev olmaqla tez-tez rayonlarda olur, sahibkarlarla görüşür, sonra da deyilənlərə görə elə yerindəcə kredit paylayır. Hətta bəzi sahibkarları özləri ilə apardıqları televiziya kanallarına çıxarıb bu "xeyirxah iş"dən ağızdolusu danışdırtdırırlar. Kənardan baxanlar da İqtisadi İnkişaf Nazirliyinin sahibkarlara, sahibkarlıq fəaliyyətinə göstərdiyi bu yksək qayğıya az qala əhsən demək istəyirdilər. Ancaq... Saatlıda sahibkarlarla keçirilən görüçdən sonra məlum oldu ki, deyəsən torbada pişik var imiş. Bunlar hamısı görüntü, reklam, özünütəbliğ xatirinə tamaşa imiş. Saatlıda 3-4 gün əvvəl keçirilən "kreditpaylama oyunu" da bunu təsdiqlədi.

Saatlı rayonunun Qıraqlı kənd orta məktəbində (guya rayon mərkəzində tədbiri keçirməyə yer yox imiş) İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Yardım Milli Fondunun sədri Şirzad Abdullayev sahibkarlığa göstərilən qayğıdan, cənab Prezidentin bununla əlaqədar tapşırıqlarının layiqincə yerinə yetirildiyndən xeyli danışıb və Saatlı rayonunda da belə bir tədbirin keçirilməsində əsas məqsəd sahibkarlara yardım etmək olduğunu bildirib. Görüsdə iştirak edən sahibkarlar da böyük səbrsizliklə tədbirin sonunu gözləyiblər. Fikirləşiblər ki,onlara da güzəştli kreditlər veriləcək,qarşılaşdıqları problemləri qismən də olsa,aradan qaldıracaqlar. Hətta bəzi sahibkarlar çıxış edərək Şirzad müəllimə sahibkarlara göstətdiyi bu qayğıya görə qabaqcadan öz minnətdarlıqlqrını da bildiriblər. Ancaq sən saydığını say gör Şirzad müəllim nə sayır.

Görüş başa çatdıqdan sonra kredit paylanılmasından kimsənin danışmadığını görən sahibkarlar Şirzad müəllimə yaxınlaşıb kredit almaq istədiyini bildiriblər.Şirzad müəllim də hamıya eyni sözü deyib: "Səndlərini götürüb gələrsən Bakıya yanıma". Sahibkarlar da kor- peşiman evlərinə yollanıblar. Hətta bəziləri gileyləniblər ki,quru,mənasız,çeynənmiş sözləri nə qədər eşitmək olar? Bundan ötrü bizə niyə əziyyət verib bura yığırlar? Bu oyunlar nədən ötrüdür? Budurmu cənab Prezidentin tapşriqlarını yerinə yetirmək? Budurmu sahibkarlara göstərilən kömək?

Həmin gün gecə ANS telekanalında ekranda yazı ilə göstərildi ki,bəs İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Yardım Milli Fondu tərəfindən Saatlı rayonunda 32 sahibkara 395 min manat məbləğində güzəştli kredit paylanılıb. Ancaq kreditin hansı saibkarlara paylanılması barədə məlumat verilmədi. Bu dəfə "kredit alan sahibkar" da danışmadı. Tədbirdə iştirak edən sahibkarlar bir-biri ilə əlaqə saxlayaraq,kreditin kimlərə verilməsi ilə maraqlandılar. Ancaq Saatlı rayonunda bu kreditin kimlərə paylanıldğını bilən olmadı. Hətta Saatlı Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Ağa Əsədov da Saatlı rayonunda Sahibkarlığa Yardım Milli Fondu tərəfindən sahibkarlara kredit paylanılmasından xəbərsiz olduğunu, Şirzad Abdullayevin Kredit paylamağa yox, elə-belə görüş keçirməyə gəldiyini dedi.

İndi Saatlı rayonunda hamı Sahibkarlığa Yardım Milli Fondu tərəfindən "paylanılmış" kreditin hansı sahibkara verildiyini öyrənmək isrəyir, ancaq bu barədə məlumatı olan yoxdur. Bəs Saatlıda 395 min manat krediti kim alıb? Yəqin bu sualın cavabını Şirzad Abdullayev daha yaxşı bılər.


Geri qayıt