Əsas Səhifə > Dünya > “SÜRİX PROTOKOLU MÜZAKİRƏ OLUNA BİLMƏZ”

“SÜRİX PROTOKOLU MÜZAKİRƏ OLUNA BİLMƏZ”


3-11-2011, 11:31
“SÜRİX PROTOKOLU MÜZAKİRƏ OLUNA BİLMƏZ”

CHP-Lİ DEPUTAT ƏMİN EDİR

“Türkiyə ilə Ermənistan arasında imzalanmış Sürix protokollarının parlamentin gündəliyinə daxil edilməsi mümkün deyil”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyə parlamentinin üzvü, CHP Yalova millət vəkili, partiyanın parlament fraksiyasının həmsədri Məhərrəm İncə deyib. TürkPA beynəlxalq əlaqələr komissiyasının ilk iclasında iştirak etmək üçün Bakıya gələn Məhərrəm İncə bildirib ki, CHP ana müxalifət partiyası olaraq Sürix protokollarının parlamentin gündəliyinə daxil edilməsinə imkan verməyəcək: “Türkiyə Böyük Millət Məclisində Azərbaycanla qardaşlıq münasibətlərimizə xələl gətirəcək hər hansı qərarın qəbuluna inanmıram”.

Başqa dövlətlərin bu məsələ ilə bağlı Türkiyəyə təzyiqlərinə gəldikdə, Məhərrəm İncə qeyd edib ki, Türkiyə böyük dövlətdir və bu dövlətə heç kim təzyiq edə bilməz: “Türkiyə-Azərbaycan əlaqələrinin gələcəkdə daha da güclənəcəyinə ümid edirəm”.


Geri qayıt