Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ELŞAD ABDULLAYEV BAŞ PORKURORU İTTİHAM ETDİ

ELŞAD ABDULLAYEV BAŞ PORKURORU İTTİHAM ETDİ


2-10-2012, 08:58
ELŞAD ABDULLAYEV BAŞ PORKURORU İTTİHAM ETDİ
KEÇMİŞ REKTORDAN SƏRT AÇIQLAMALAR

ABU rektoru Elşad Abdullayev vəkili Adil İsmayılov vasitəsi ilə baş prokuror Zakir Qaralovun ittihamlarına sərt cavab verib.

Bu barədə A.İsmayılov Facebook sosial şəbəkədə məlumat yayıb.

Vəkil əvvəlcə mətbuata xitab edərək bəzi qəzet və saytlarda müvəkkilinin fikirlərinin təhrif olunduğunu bildirib və buna görə də mövqelərini yazılı yaydıqlarını açıqlayıb: «Elşad Abdullayevin xahişi ilə bu gün baş prokuror Zakir Qaralovun ona unvanladığı sualın cavabını diqqətinizə çatdırıram. Sual belə idi ki, Elşad Abdullayev Bakiya gəlsin və cavab versin ki, niyə görə indiyə kimi, 7 il ərzində bu məsələ barədə məlumat verməyib və yalniz olkəni tərk edəndən sonra danişmaq qərarına gəlib?

Elşad Abdullayevin cavabı: «Hörmətli cənab baş prokuror ,bu işin istintaqını Eldar Əhmədov aparır, istintaqa nəzarəti sizin birinci müavininiz Rüstəm Usubov həyata keçirir. Onların da böyüyü sizsiniz. Bu, həmin müqəddəs üçlükdür ki, Hacı Məmmədov işində kim olduqlarını artıq göstərib. Siz və R.Usubov 2003-cü ildə Hacı Məmmədovun Rövşən Əliyevi qətlə yetirməsi barədə məlumat verən Rəna Nəsibovanı qəbul etmişdiniz, bir il keçməmiş onu qətlə yetirdilər. Onun ölümünü siz ört-basdır edəndən sonra Hacı Məmmədov Fətulla Hüseynovu qətlə yetirdi və Zamirə Hacıyevanı oğurladı. Bu, həmin Eldar Əhmədovdur ki, Hacı Məmmədov Zamirə Hacıyevanı məhz onun kabinetindən çıxandan sonra oğurlamışdı. Yəqin sualınıza dolğun cavab verdim. Qalan suallarınıza Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyevə yazdığım müraciətdə cavab vermişəm". \ tia.az \

Geri qayıt