Əsas Səhifə > Dünya > GÜRCÜ DEMOKRATİYASI “GÜRCÜ ARZUSU”NA YENİLDİ
GÜRCÜ DEMOKRATİYASI “GÜRCÜ ARZUSU”NA YENİLDİ2-10-2012, 09:09 |
SAAKAŞVİLİ ERASI BİTMƏK ÜZƏRƏ Ötən gün Gürcüstanda keçirilən parlament seçkiləri müxalifətin qələbəsi ilə nəticələnib. SalamNews-un Gürcüstana ezam olunmuş xüsusi müxbirinin verdiyi xəbərə görə, Prezident Mixail Saakaşvili də müxalifətin qələbəsini etiraf edib. Gürcüstanın MSK verdiyi ilkin məlkumatlara görə, hazirda Bidzina İvanişvilinin "Gürcüstan arzusu" müxalifət koalisiyası 51.62%-lə birinci yer tutur. İkinci yerdə 43,85%-lə hakim partiya - "Vahid Milli Hərəkat - insanlara daha çox xeyir" qərarlaşıb. Giorgi Targamadzenin Xristian-Demokratik Hərəkatı - 2%, Şalva Natelashvilinin Gürcüstan Əmək Partiyası" - 1,05%, "Yeni sağqanadlılar" - 0.45%, "Condi Bagaturia Kartuli Dasi" - 0.12%, "Xalq Hərəkatı" - 0,02%. Xatırladaq ki, seçkilərdə 14 siyasi partiya və 2 seçki bloku iştirak edib. Parlament seçkilərində 3 milyona yaxın seçici 73 seçki dairəsi üzrə 3 mindən çox seçki məntəqəsində səs verib. Ümumiyyətlə, 198 məntəqədən məlumatlar hesablanıb, bu isə məntəqələrin ümumi sayından 5,26%-nı təşkil edir. Geri qayıt |