Əsas Səhifə > Güney Press, Araşdırma > DEPUTAT YAYILAN XƏBƏRLƏRİ TƏKZİB ETDİ
DEPUTAT YAYILAN XƏBƏRLƏRİ TƏKZİB ETDİ2-10-2012, 10:35 |
“QARDAŞIM OĞLU AZAD EDİLMƏYİB” Milli Məclisin deputatı Hüseynbala Mirələmov qətldə ittiham olunan qardaşı oğlunun azad edilərək ruhi-əsəb dispanserinə yerləşdirilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib. Modern.az-a açıqlamasında millət vəkili bildirib ki, bu məlumat yalandır. “Qardaşım oğlu ruhi-əsəb dispanserinə köçürülməyib. Hələ məhkəmə bitməyib. Məhkəmə bitmədən onu necə azad etmək olar?”-deyə Mrələmov vurğulayıb. Qeyd edək ki, bu ilin yayında deputata məxsus “1001 gecə” istirahət məkanında ölümlə nəticələnən dava olub. Nəticədə deputatın qardaşı oğlu Rəşad Mirələmov mübahisə zəminində Ramal Bayramovu güllələyərək öldürüb. Geri qayıt |