Əsas Səhifə > Dünya > ƏHMƏDİNEJADIN OPERATORU ABŞ-A SIĞINDI

ƏHMƏDİNEJADIN OPERATORU ABŞ-A SIĞINDI


2-10-2012, 10:48
ƏHMƏDİNEJADIN OPERATORU ABŞ-A SIĞINDI
O, İRAN PREZİDENTİNİ MÜŞAİYƏT EDİRMİŞ

İran prezidenti Mahmud Əhmədinejadın başçılıq etdiyi nümayəndə heyəti tərkibində BMT Baş Assambleyasının sessiyasına qatılmaq üçün Nyu-Yorka səfər edən iranlı operator Həsən Gülxənban ABŞ-dan qayıtmayıb.

Bu barədə İslamazeri.az İTAR-TASS-a istinadən xəbər verir.

Xəbərə görə, Əhmədinejadın sessiyadakı çıxışlarını videoya çəkmək üçün Nyu-Yorka gedən İRNA-nın operatoru ölkəyə qayıtmaqdan imtina edib.

Sonra məlum olub ki, o ABŞ-dan siyasi sığınacaq istəyib.

Həsən Gülxənbanın ailə üzvlərinin daha əvvəl ölkəni tərk edərək xaricə getdiyi bildirilir.

Gülxənbanın vəkili Pol O Doerin "Foreignpolicy"ə bildirdiyinə görə, artıq bu addımla müştərisi İran hökümətinin hədəfinə tuş gəlib.

Vəkil Gülxənbanın yeri haqqında məlumat verməkdən imtina edib.

Xatırladaq ki, bir müddət əvvəl İRNA dövlət xəbər agentliyinin icraçı direktoru, “İran” qəzetinin baş redaktoru Əli Əkbər Cavanfikir həbs olunub.

Geri qayıt