Əsas Səhifə > Sosial, Manşet > ABDULLAYEVİN QƏLƏMİNİ 1 GÜNƏ KİM QIRDI?
ABDULLAYEVİN QƏLƏMİNİ 1 GÜNƏ KİM QIRDI?2-10-2012, 11:20 |
ABU-NUN SABİQ REKTORU BURAXDIĞI YANLIŞININ QURBANINA ÇEVRİLİB DİA.AZ: - Redaksiyamıza hakimiyyətin durub-dururkən Elşad Abdullayevlə bağlı yaranmış qalmaqalda 180 dərəcəlik kurs dəyişikliyi etməsinin nədənləri ilə bağlı daha bir ilginc məlumat daxil olub. Bu barədə informasiyaları redaksiyamıza hökumət içindəki etibarlı mənbələr ötürüb. Qaynağın iddialarından belə aydın olur ki, əslində Elşad Abdullayevin yaratdığı qalmaqalda ilk əvvəl bütün ağırlıqların deputat Gülər Əhmədovanın üzərinə köklənməsi, sonradan isə aşkar surətdə Gülər Əhmədovanın prosesdən qurtarılması kimi anlaşılan addımlar iqtidariçi münasibətlərdəki gərginliklərin əlamətidir. Mənbənin söylədikləri: «Diqqət yetirin, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov ilk əvvəl Gülər Əhmədovanı müdafiə edir və hətta xanım deputatı korrupsiyaya qarşı mübarizə aparan bir fiqur kimi də səciyyələndirir. Ertəsi gün vəziyyət dəyişir. Meydana əks cinahın təmsilçisi, YAP sədrinin müavini Əli Əhmədov çıxır və o isə Əli Həsənovdan fərqli olaraq Gülər Əhmədovanın ünvanına sərt ifadələr işlədir». Bunları məlum məsələyə münasibətdə məhz iqtidar daxilindəki ikitirəliyin əlaməti kimi göstərən mənbəmiz davam edir: «Daha sonrakı proseslərə diqqət yetirin. Bir gün müddətində Gülər Əhmədova az qala «xalq düşməni» kimi təqdim olunur. Ertəsi gün baş proukurorun məlum açıqlamaları yayılır və bununla da ittiham hədəfi dəyişir. Və əvvəlki gün susan Əli Həsənov yenidən estafeti ələ alaraq, bu prosesin «hakimiyyəti qətiyyən sarsıtmadığını» bəyan edir. Digər YAP-çılar isə açıqlamalarından məsələnin siyasiləşdirilməsinin doğru olmadığını bildirirlər». Mənbəmiz bildirir ki, əslində məsələnin məhz siyasiləşməsi səbəbindən məhz bu kimi dəyişkən mövqelər ortaya çıxıb: «Söhbət burada Elşad Abdullayevin buraxdığı yanlışdan gedir». Qaynaq iddia edir ki, lisenziyası ləğv edilmiş Beynəlxalq Universitetin rektorunun bu hadisələrin fonunda, yəni hələ «qalib tərəfdə» dayandığı ərəfədə siyasi müxalifətlə təmasa keçməsi və hətta siyasi müxalifətdən dəstək istəməsi faktı onun qələminin birdəfəlik qırılmasına nədən olub: «Məhz bu faktor səbəbindən Elşad Abdullayevin qələmi qırılır. Halbuki buna qədər ABU-nun keçmiş rektoru üzərinə düşən missiyanın öhdəsindən layiqincə gəlirdi. Oyunu axıra qədər oynaya bilmədiyindən, pis aktyor kimi tamaşaçı alqışına yox, hədəfə çevrildi». Geri qayıt |