Əsas Səhifə > Partiya > “YAP DA MƏSULİYYƏT DAŞIYIR”
“YAP DA MƏSULİYYƏT DAŞIYIR”2-10-2012, 11:24 |
MÜXALİFƏTDƏN HAKİM PARTİYAYA DƏVƏTNAMƏ “İctimai Palata və Ziyalılar Forumu arasında ümumxalq müşavirəsi oktyabr ayında baş tutacaq. Dəqiq vaxtı isə İP-nin Koordinasiya şurası verəcək”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında AXCP sədrinin müavini Gözəl Bayramlı İctiami Palata ilə Ziyalılar forumu arasında keçiriləcək demokratik müşavirəyə münasibət bildirərkən qeyd edib. Onun sözlərinə görə, bu müşavirəyə ölkədə fəaliyyət göstərən siyasi partiyların, demokratik təşkilatların nümayəndələri dəvət olunacaq: “Çox güman ki, YAP da bu tədbirə dəvət olunacaq. Ölkənin demokratikləşməsində YAP da məsuliyyət daşıyır. Amma inanmıram ki, iştirak etsin”. Ziyalılar Forumunun nümayəndəsi Eldar Namazov bildirib ki, həmin tədbirə çox ciddi hazırlıq işləri görülür: ”Burada söhbət təkcə Ziyalılar Forumu ilə İctimai Palata arasında müşavirədən yox, ümumxalq tədbirindən gedir. Azərbaycanın bütün demokratik düşərgəsi və bu ideallara sahib olan insanlar burada iştirak edəcək” Geri qayıt |