Əsas Səhifə > Dünya > G-20 SAMMİTİ BAŞLAYIR
G-20 SAMMİTİ BAŞLAYIR3-11-2011, 11:43 |
TƏDBİRƏ RƏHBƏRLİYİ FRANSA EDİR Dünyanın 19 nəhəng ölkəsinin liderləri və Avropa İttifaqı rəhbərliyi bu gün Fransanın Kann şəhərində-məşhur festivallar sarayında “Böyük iyirmiliyin” altıncı sammitini keçirmək üçün toplaşacaqlar. Məlumata görə, bu qurum qeyri-formal, lakin dünyada ən böyük nüfuza malik qrupdur. Onun tərkibinə daxil olan ölkələr qlobal iqtisadiyyatın 85 faizini və dünya əhalisinin 3-də 2-ni təmsil edirlər. Tədbirin həmsədri Fransa prezidenti Nikolya Sarkozi olacaq. Samittə iştirak üçün bu gün Çin, İndoneziya, Meksika, Argentina, Cənubi Koreya, Rusiya, ABŞ, CAR, Braziliya, Türkiyə, Hindistan, Almaniya, Kanada, İtaliya, Böyük Britaniya, Avstraliya və Yaponiyanın liderləri Kanna gəlirlər. Səudiyyə Ərəbistanını isə ölkənin xarici işlər naziri təmsil edəcək. Müzakirələr üçün samitə BMT, BVF, Ümumdünya Bankı, ÜTT kimi beynəlxalq şirkətlərin və Efiopiya, İspaniya, Sinqapur, BƏƏ-nin rəhbərləri və hazırda problemli ölkə olan Yunanıstanın baş naziri dəvət edilib. Sammitin müzakirə mövzusu maliyyə tənzimlənməsi, qlobal böhranın qarşısının alınması yolları, xammal bazarında şəffaflıq, korrupsiyaya qarşı mübarizə və sair qlobal mövzular olacaq. Geri qayıt |