Əsas Səhifə > Partiya > YAP-ÇI DEPUTAT RƏDD CAVABI VERDİ

YAP-ÇI DEPUTAT RƏDD CAVABI VERDİ


2-10-2012, 12:19
YAP-ÇI DEPUTAT RƏDD CAVABI VERDİ
“MƏN ŞƏXSƏN ONLARIN TƏDBİRİNƏ GETMƏRƏM"

“Oktyabrda keçiriləcək İctimai Palata və Ziyalılar Forumu arasında ümumxalq müşavirəsinə ölkədə fəaliyyət göstərən siyasi partiyaların, demokratik təşkilatların nümayəndələri dəvət olunacaq. Çox güman ki, YAP da bu tədbirə dəvət olunacaq. Ölkənin demokratikləşməsində YAP da məsuliyyət daşıyır. Amma inanmıram ki, iştirak etsin”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında AXCP sədrinin müavini Gözəl Bayramlı deyib.

YAP-dan müxalifətin dəvətinə cavab gecikməyib. Millət vəkili, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Mirzəzadə Publika.Az-a açıqlamasında bildirib ki, bu kimi tədbirlərdə iştirak etməkdən imtina edir:

“Mən şəxsən onların tədbirinə getmərəm. Baxın adlar necə gurultuludur: İctimai Palata, Ziyalılar Forumu arasında ümumxalq nə bilim daha nə. Bu sadəcə bir qrup adamın keçirdiyi tədbirdir. Onların münasibəti, radikallığı ümumiyyətlə alternativ, fərqli fikir qəbul etmir. Kimin demokratik olub-olmamasına isə qiymət vermək hər halda onların səlahiyyətində deyil”.

Geri qayıt