Əsas Səhifə > Gündəm, Manşet > ERMƏNİLƏR SAVAŞA HAZIRLAŞIR

ERMƏNİLƏR SAVAŞA HAZIRLAŞIR


3-11-2011, 12:26
ERMƏNİLƏR SAVAŞA HAZIRLAŞIR

RƏSMİ İRƏVAN VƏZİYYƏTDƏN ÇIXIŞ YOLLARI AXTARIR

DİA.AZ: - Azərbaycan və Ermənistandakı daxili prosesləri müzakirə edən Qərbin nüfuzlu analitiklərinin belə bir yekdil qərarı var: Bu iki Cənubi Qafqaz ölkəsində Qarabağ problemi iç siyasətin tənzimlənməsində, yönəldilməsində və müəyyənləşməsində bir vasitədir. Bildirək ki, bu qənaətdə kifayət qədər haqlı məqamlar var. Hər halda, bu vaxta qədər hər iki ölkədə siyasi rejimlər məhz Qarabağ problemi müstəvisində, bu problemə münasibət məsələsi səbəbindən dəyişib.

Günü bu gün də hər iki ölkədə Qarabağ probleminə daha çox hakimiyyətlərin qorunub saxlanması üçün bir siyasi məlzəmə olaraq yanaşılır. Hal-hazırda çox ciddi iqtisadi və siyasi böhranla üz-üzə olan Ermənistan hakimiyyəti yenə də ənənəvi üsullara müraciət etməkdədir.

Bu barədə məlumat yayan «armenianreport» xəbər portalının informasiyasında vurğulanır ki, Sarkisyan hakimiyyəti ölkədəki böhranlı vəziyyətdən çıxa bilməsi üçün hətta Qarabağda müharibəyə belə başlaya bilər: «Rəsmi İrəvan dəfələrlə cəbhə bölgəsində vəziyyəti gərginləşdirmə hesabına İrəvandan qalxan narazı atmosferi öldürməyə müvəffəq olub. Bir-iki atəş səsi yetərli olub ki, erməni diktaturasının mövqeləri qorunsun».

Məlumatda bildirilir ki, dekabr ayında da belə bir gərginlik müşahidə oluna bilər: «Erməni hakimiyyəti əsasən Ağdam və Tərtər istiqamətində hərəkətlənmələrə gedə bilər. Çünki bu nöqtələr çox həssasdır və bu ərizələrdən həmlələr ənənəvidir. Və nəticədə İrəvan müxalifəti daha bir neçə müddətlik susmalı olacaq».


Geri qayıt