Əsas Səhifə > Güney Press, Araşdırma > OQTAY ƏSƏDOVUN BİZNES İMPERİYASI

OQTAY ƏSƏDOVUN BİZNES İMPERİYASI


3-10-2012, 09:05
OQTAY ƏSƏDOVUN BİZNES İMPERİYASI
ŞADLIQ EVLƏRİ, YENİ TİKİLƏN BİNALAR, VƏZİFƏLİ QOHUMLAR…

Hökümətdə olan əksər iri ranqlı məmurların geniş biznes şəbəkələrin olması ictimaiyyyətə yaxşı məlumdur.

Hər kəs bilir ki, filan məmur ölkə iqtisadiyyatının hansı sahəsinə nəzarət edir, yaxud ona məxsus olan firmalar, şirkətlər və s. obyektlər hansıdır.

Belə oliqarxların sırasına qəflətən yüksək siyasi vəzifə alan parlamentin spikeri Oqtay Əsədov da daxildir. Onun bizensinin və nəzarət etdiyi sahələrinin, yüksək vəzifələrdə oturan qohumlarının maraq kəsb etməsi də məhz siyasi yüksəlişdən sonra olub.

Xatırladaq ki, Oqtay Əsədov uzun müddət "Azərsu" Səhmdar Cəmiyyətinin prezidenti postunda çalışıb. O, bu vəzifədə çalışdığı illərdə ildən-ilə həm kapitalını, həm də biznes infrastrukturunu xeyli genişləndirib. Bu şəbkəyə şadlıq evləri, restoranlar və çoxsaylı biznes obyektləri daxildir ki, onun idarəçiliyi ilə qohum-əqraba, yaxın dostlar məşğul olur.

Məsələn üçün bunlardan biri "Badi-Səba" şadlıq evidir. Oqtay Əsədov bu şadlıq evini tikməkdə xeyli əziyyət çəkib. Deyilənlərə görə, obyektə o qədər pul xərclənib ki, indiyə qədər gələn gəlir hələ də onun mayasını çıxarmayıb.

Daxil olan məlumatlarda bildirilir ki, Oqtay Əsədov işlərini həmişə uzaq perspektivə hesablayaraq görür. Elə ona görə də o, tikinti biznesini özünün birinci müavini olmuş Arzuman Zamanova tapşırıb. Arzuman müəllim də rəisini çox xərcə salmadan elə binaların tikintisi üçün vaxtı ilə "Azərsu"ya məxsus tikinti materiallarından və digər vəsaitlərdən bala-bala xərcləyib.

Xatırladaq ki, Oqtay Əsədov siyasət trampilindən atılırakən əvvəlki yerini də yadından çıxartmadı. Səhmdar Cəmiyyətin vitse-prezidenti Nizaməddin Rzayevi öz yerinə təyin etdirə bildi. İndi hər iki keçmiş prezident möhkəm dost olublar və bu təyinatın bir ucu da elə bu münasibətlə bağlıdır. Nizaməddin Rzayevin vəzifədən kənarlaşdırılmasına baxmayaraq spiker arabir özünü saxlaya bilməyib, onunla görüşüb və gəlirləri-çıxarları hesablayırlar. Nizaməddin Rzayev də ədəb-ərkanla böyüyün yolunu saxlayır. Yeri gələndə bayramlarda, başqa əlamətdər günlərdə rəisi üçün pay-püş göndərir.

Oqtay Əsədov isə bu diqqətin müqabilində Nizaməddin Rzayevi yeni vəzifəyə gətirəcəyinə zəmanət verib.

Bundan əlavə “AzeriNews.org”a daxil olan məlumatlarda qeyd edilir ki, Oqtay Əsədovun qudası Alı Qocayev də spikerin təsərrüfatının idarəçilərindədir. Alı Qocayev indi Samuxda icra başçısı işləsə də, əvvəllər Oqtay Əsədova çox işlərində dayaq olub. Məlumatlara görə, bir neçə il öncə Alı Qocayev "Azərsu"nun vitse prezidenti olduğu vaxt Dünya Bankı Bakıda kanalzasiya siteminin dəyişdirilməsi və bərpası üçün dövlət zəmanəti ilə "Bakkanalzasiya" idarəsinə 94 milyon dollar kredit ayırıb. Oqtay Əsədovun köməkliyi ilə sonradan sözü gedən idarənin başında əyləşən Alı Qocayev spikerlə 94 milyonun axırına çıxıblar. Elə buna görə də Alı Qocayevin Oqtay Əsədov qarşısında "müstəsna" xidmətləri olduğu deyilir.

Geri qayıt