Əsas Səhifə > Dünya > PREZİDENT RƏSMƏN MÜXALİFƏT OLUR

PREZİDENT RƏSMƏN MÜXALİFƏT OLUR


3-10-2012, 09:09
PREZİDENT RƏSMƏN MÜXALİFƏT OLUR
SAAKAŞVİLİNİN RƏQİBLƏRİ DAHA DA ÖNƏ ÇIXIB

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) 3 776 seçki məntəqəsindən 3 590-dan (97,03 faiz) əldə edilən məlumatları hesablayıb.

Trend-in məlumatına görə, ilkin məlumata əsasən, Bidzina İvanişvilinin lideri olduğu müxalif "Gürcü arzusu" koalisiyası 54,8 faizlə (1 154 553 səs) liderliyini davam etdirir.

İkinci yerdə hakim "Vahid Milli Hərəkat" partiyası 40,4 faizlə (845 169 səs) qərarlaşıb.

Sonrakı yerləri, müvafiq olaraq, Georgi Tarqamadzenin Xristian Demokrat Hərəkatı 2,00 faizlə (42 823 səs) və Şalva Natelaşvilinin Gürcüstan Leyborist Partiyası 1,2 faizlə (26 058) tuturlar.

Oktyabrın 1-də Gürcüstanda 14 partiya və iki siyasi blokun iştirak etdiyi parlament seçkiləri keçirilib. Konstitusiyaya dəyişikliklər qüvvəyə mindikdən sonra parlament 2013-cü ildə daha geniş səlahiyyətlər əldə edəcək, dövlət başçısının hüquqları isə azaldılacaq.

Geri qayıt