Əsas Səhifə > Güney Press, Üçüncü sektor > AZƏRBAYCAN İSVEÇRƏYƏ NOTA VERİB
AZƏRBAYCAN İSVEÇRƏYƏ NOTA VERİB3-10-2012, 09:16 |
İSVEÇRƏ İSƏ ƏRAZİ BÜTÜNLÜYÜMÜZƏ ŞÜBHƏ ETMİR Azərbaycanın İsveçrədəki səfirliyi bu ölkənin deputatlarının Azərbaycanın işğal edilmiş ərazilərinə qeyri-qanuni səfərlərinə etiraz olaraq İsveçrə Xarici İşlər Nazirliyinə nota təqdim edib. SalamNews-un məlumatına görə, jurnalistlərə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev bildirib. Onun sözlərinə görə, İsveçrə XİN belə bir səfərin həyata keçirildiyini təsdiqləsə də, səfərin şəxsi xarakter daşıdığını bildirib. İsveçrə Xarici İşlər Nazirliyi bu ölkənin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan edib. İsveçrə parlamentində Ermənistan ilə dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanın işğal edilmiş ərazilərinə səfər ediblər. Geri qayıt |