Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ELŞAD ABDULLAYEVLƏ BAĞLI HAKİMİYYƏT “SXODKA”SI

ELŞAD ABDULLAYEVLƏ BAĞLI HAKİMİYYƏT “SXODKA”SI


3-10-2012, 10:28
ELŞAD ABDULLAYEVLƏ BAĞLI HAKİMİYYƏT “SXODKA”SI
TOPLANTI ZAMANI İKİ NAZİRİMZİN SÖZLƏRİ DÜZ GƏLMƏYİB

ABU-nun sabiq rektoru, Fransaya sığınan Elşad Abdullayevi deputat seçilməsi üçün Milli Məclisin üzvü Gülər Əhmədovanın ondan rüşvət istəməsi lə bağlı yaydığı videogörüntülərlə bağlı qalmaqal hələ də səngimir.

Demək olar ki, hər gün ya G.Əhmədova ilə bağlı hansısa bir və ya bir neçə məqam üzə çıxır, ya da E.Abdullayevlə bağlı.

Cəmiyyətdə ciddi rezonansa səbəb olan bu hadisə hakimiyyət daxilində də ciddi silkələnmə yaradıb.

Qeyd edək ki, hadisənin ilk günlərində demək olar ki, bütövlükdə hakimiyyət G.Əhmədovayla bağlı sərt mövqe sərgiləsə də, ötən həftənin sonundan başlayaraq, bu kurs dəyişməyə başladı.

G.Əhmədovanın hakim partiyadan qovulması xəbəri təkzib olundu, onun məsələsi parlamentdə müzakirəyə çıxarılmadı və müxtəlif ittihamlarla daha sərt formada E.Abdullayevin üstünə gedildi.

Elə G.Əhmədova da bundan sonra bir qədər dirçələrək mətbuatı və ümumilikdə onun haqqında danışanları, yazanları ittiham etdi, əlində bir sıra videoların olduğunu dedi.

Hakimiyyətdə təmsil olunan çox məlumatlı şəxs Gunxeber.com-a bildirib ki, əslində hakimiyyət daxilində G.Əhmədova məsələsi ilə bağlı yaranmış təlatüm səngiməyib.

Daxildə vəziyyət üzdə göründüyündən daha qəlizdi.

Onun sözlərinə görə, bir çox məqamlarla bağlı fikirlər və mövqelər çox ciddi şəkildə haçalanır, hətta qarşılıqlı ittihamlar səviyyəsinə qədər gedib çıxır.

Məlumata görə, bir neçə gün əvvəl nazirlərin və başqa yüksək vəzifəli şəxslərin iştirakı ilə dar bir dairədə məlum video qalmaqalı ilə bağlı “sxodka” olub.

Həmin toplantıda bu hadisənin hakimiyyətə çox ciddi zərbə vurduğu qeyd edilib və iştirkçıların bir qismi bildirib ki, bu məsələ ilə bağlı çox ciddi iş aparılmalı, G.Əhmədova da daxil olmaqla bir sıra şəxslər cəzalandırılmalıdır.

Əks təqdirdə daxildəki ajiotajın və xaricdən gələn təzyiqlərin qarşısını almaq olmayacaq.

Başqa bir qrup isə bunun komanda daxilində inamsızlığa səbəb olacağını və müəyyən qüvvələrin bundan istifadə edəcəyini əsas gətirərək maksimum yumşaq kurs götürülməsinə təkid edib.

Xəbərdə bildirilir ki, bu məqamda toplantıda iştirak edən nazirlərdən ikisi arasında çox ciddi münaqişə baş verib.

Çox ciddi sahələrə rəhbərlik edən və hakimiyyətdə böyük dayaqları olan bu nazirlər bir-birinin ünvanına sərt ifadələr işlədiblər, məsələlərə bu cür yanaşılmasının hakimiyyəti məhvə apardığını deyiblər.

Onların mübahisəsi gtdikcə qızışıb və təhqir formasına keçib.

Məlumata görə, digər toplantı iştirakçılarının müdaxiləsi olmasa, məsələ tərəflərin bir-birinə qarşı zor tətbiq etməsinə qədər böyüyə bilərmiş.

Bundan sonra ara sakitləşsə də, toplantıda ümumi mövqe müəyyənləşdirmək mümkün olmayıb və hər iki tərəf öz mövqeyini daha doğru sayıb.

Geri qayıt