Əsas Səhifə > Şou-biznes > MƏHŞUR MÜĞƏNNİYƏ BAKI SƏFƏRİ UĞURSUZLUQ GƏTİRDİ

MƏHŞUR MÜĞƏNNİYƏ BAKI SƏFƏRİ UĞURSUZLUQ GƏTİRDİ


3-10-2012, 10:47
MƏHŞUR MÜĞƏNNİYƏ BAKI SƏFƏRİ UĞURSUZLUQ GƏTİRDİ
CENİFER LOPEZ RÜSVAY OLDU

Amerikalı müğənni və aktrisa Cennifer Lopes Parisdəki moda həftəsində rüsvay olub.

43 yaşlı Lopes qızı Emme və məşuqu, rəqqas Kasper Smart ilə birlikdə Parisdəki "Grand Palais" sarayında "Chanel" modalar evinin yeni kolleksiyasının nümayişinə tamaşa etmək üçün şouya yollanmışdı.

Fəqət, incə zövqü ilə fərqlənən müğənni bu dəfə çox pis geyinmişdi.
Onun əynində krujevalı ağ don və qara pencək vardı.
Pencək Lopesin fiqurunu korlayaraq onu çox kök göstərirdi.
Müğənninin problemləri bununla bitməyib.

Lopesin qızı, 4 yaşlı Emme podiumda var-gəl edən modellərə baxmaqdan bezmişdi və darıxdığından dəcəllik edirdi.

Cennifer və Smartın yanında əvvəlcə fotoqraf Patrik Demarşe ilə reper Kayne Uest və model Baptit Ciabconi, sonra isə modelyer Valentino və supermodel Natalya Vodyanova oturmuşdular.

Axşam saatlarında isə Cenniferin əynində "Valentino"nun məhsulu olan don vardı və o, Smartla birlikdə oteli tərk edərək gecə klubuna yollanıb.

Geri qayıt