Əsas Səhifə > Dünya > İRANA QARŞI YENİ SANKSİYALAR

İRANA QARŞI YENİ SANKSİYALAR


3-11-2011, 12:37
İRANA QARŞI YENİ SANKSİYALAR

ABŞ TEHRANI KÜNCƏ QISNAYIR

Noyabrın 2-də ABŞ Konqresi Nümayəndələr Palatasının xarici əlaqələr komitəsi İrana qarşı yeni sanksiyalar qəbul edib.

Cəza tədbirlərinin İranla əməkdaşlıq edən xarici şirkətlərə tətbiq olunacağı, eləcə də İran Mərkəzi Bankına sanksiya qoyulması haqda ciddi tədbirlər görüləcəyi bildirilir. Yeni sanksiyalar ABŞ administrasiyasının İranın nüvə faliyyətlərinin dayandırmaq və Tehranın beynəlxalq terrorizmə dəstək verməyə cəhdinə cavab kimi tətbiq ediləcək.

“Media forum” saytının məlumatına görə, ABŞ Konqresi Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin rəhbəri İllena Ros Lehtinen jurnalistlərə açıqlamasında İrana qarşı yeni sanksiyaları Tehranın beynəlxalq terrorizmə dəstəyi ilə əlaqədar olduğunu bəyan edib: “İran neft gəlirindən əldə etdiyi pullardan və hökumətin digər gəlirlərindən dolayı yolla terrorizmə dəstək vermək üçün istifadə edir. Ümid edirəm ki, ABŞ Konqresinin Senatı və Nümayəndələr Palatasının bütün üzvləri yeni sanksiyalarla bağlı layihəni tezliklə təsdiq edərək onu imzalaması üçün ABŞ prezidenti Barak Obamaya göndərsinlər”.

ABŞ rəsmiləri oktyabrın 11-də İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının Səudiyyə Ərəbistanı və İsrailin Vaşinqtondakı səfirliklərinə hücum planını və Səudiyyə Ərəbistanının bu ölkədəki səfiri Adil əl-Cəbiri qətlə yetirmək cəhdini zərərsizləşdirdiyini açıqlayıb. Bildirilir ki, terror əməliyyatına “Qüds” üzvü olan iki İran vətəndaşı rəhbərlik edib. Bunlardan biri hazırda tutulub həbsdə saxlanan Mənsur Ərbab Siyar (o həm də ABŞ vətəndaşıdır), digəri isə İrana qaçan Qulam Şəkuridir.


Geri qayıt