Əsas Səhifə > Sosial, Manşet > KEÇMİŞ REKTORUN ADAMLARI DA HƏDƏFƏ ALINIB

KEÇMİŞ REKTORUN ADAMLARI DA HƏDƏFƏ ALINIB


3-10-2012, 11:54
KEÇMİŞ REKTORUN ADAMLARI DA HƏDƏFƏ ALINIB
ARTIQ DÖYÜŞƏN TƏRƏFLƏRDƏN HANSININISA QALİB GƏLMƏSİ ŞƏRTDİR

DİA.AZ: - Bu gün iqtidarı içindən silkələməyə müvəffəq olan lisenziyası ləğv edilmiş ABU-nun keçmiş rektoru Elşad Abdullayevin də sıradan birisi olmadığı hər kəsə məlumdur. Ən azından YAP-ın rəhbər strukturlarında, prokurorluq orqanlarında belə yaxın qohumları təmsil olunan Elşad Abdullayevin bu gün sahibsiz şəkildə meydanda tək buraxılmadığı aydındır. Aydın olmayanı isə hələ də kabinetlərdə cərəyan edən, qərarı verilən bu prosesin hansı sonluqla bitəcəyidir.

Bununla əlaqədar DİA.AZ-a danışan Nazirlər Kabinetindəki etibarlı mənbəmizin sözlərindən belə aydın olur ki, artıq Elşad Abdullayevin yaxın qohumlarına da təzyiqlərə başlanılıb: «Hələlik bəzi məlumatlar var. Elşad Abdullayevin qohumlarının bəzilərini könüllü şəkildə tutduqları postlarını tərk etməyə vadar edirlər. Hətta YAP sədrinin müavini Əli Əhmədov da hədəfdədir. Keçmiş rektorun baş prokurorluqda işləyən qardaşı isə Elşad Abdullayevlə bağlı həbs qərarı çıxaralıcağı təqdirdə istefa vermək zorunda qalacaq».

Mənbəmiz onu da bildirdi ki, istənilən halda tərəflərdən hansısa birinin qalib gəlməsi, öz qələbəsini elan etməsi şərtdir: «Çünki bu məsələdə status-kvonun qorunması, olayın konservləşdirilməsi, dondurulması imkansızdır. Hansısı tərəf digərini yenməlidir. Əks halda, həm hakimiyyətin nüfuzu təhlükə altına düşür və həm də növbəti iç silkələnmələr üçün zəmin hazırlanmış olur».

Geri qayıt