Əsas Səhifə > Partiya > “İCTİMAİ PALATANIN İCTİMAİ DƏSTƏYİ OLSAYDI”...
“İCTİMAİ PALATANIN İCTİMAİ DƏSTƏYİ OLSAYDI”...3-10-2012, 12:05 |
HAKİMİYYƏT DEPUTATI MÜXALİFƏTƏ CAVAB VERİR Millət vəkili Gülər Əhmədova ilə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev arasındakı məlum video qalmaqalından sonra müxalifət partiyalarının cəmləşdiyi İctimai Palatada parlamentin buraxılması iddiaları yenidən gündəmə gəlib. Ali qanunverici orqanın legitim yolla formalaşmadığını iddia edən radikal düşərgə bu dəfə də fürsəti əldən vermək istəmir. Qaynar.info-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov parlamenti müxalifətin deyil, xalqın formalaşdırdığını söylədi: “Radikal müxalifət bu dəfə də öz ampulasına uyğun çıxış edir. Təəssüf ki, onlar hər dəfə bu cür əsassız bəyanatlar səsləndirməklə, gündəmdə qalmağa çalışırlar. IV çağırış Azərbaycan parlamenti 2010-cu ildə tam demokratik və şəffaf seçki yolu ilə formalaşıb. Fəaliyyət göstərdiyi son iki ildə də çox məhsuldar çalışıb. Azərbaycanda qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atıb. Unutmaq olmaz ki, parlamenti xalq formalaşdırır, müxalifət yox. Bu mənada onların bu açıqlamalarını ciddiyə almağa, hər hansı rəy verməyə də ehtiyac yoxdur. İctimai Palatanın ictimai dəstəyi olsaydı, onlar parlamentdə təmsil olunardılar. İndiki halda isə onlar öz uğursuzluqlarını bu yolla pərdələməyə çalışırlar”. Geri qayıt |