Əsas Səhifə > Siyasət, Manşet > DAHA BİR NEÇƏ RAYONDA RƏHBƏR İSLAHATI

DAHA BİR NEÇƏ RAYONDA RƏHBƏR İSLAHATI


3-11-2011, 13:24
DAHA BİR NEÇƏ RAYONDA RƏHBƏR İSLAHATI

HANSI İCRA BAŞÇISI İYNƏ ÜSTÜNDƏ OTURUB?

DİA.AZ: - Bu ilin fevral ayından may ayına qədər bir neçə rayonun icra başçısının yerini dəyişən, bəzi icra başçılarını isə birdəfəlik olaraq postlarından kənarlaşdıran YAP iqtidarı növbəti icra başçısı islahatı tədarükündədir. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) daxil olan məlumatda belə deyilir.

Xatırladaq ki, icra başçılarının növbəti «yarpaq tökümü» sezonunun irəlidə olması barədə hələ əvvəlcədən müəyyən məlumatlar yayılmışdı və hətta bildirilirdi ki, gözlənilən dalğada Bakının Xətai və Binəqədi rayonlarının, eləcə də Xaçmaz rayonunun icra başçıları görəvlərindən alınacaq.

Redaksiyamıza hakimiyyət içindəki qaynaqlardan ötürülən informasiyada isə qeyd olunur ki, həqiqətən də həm Xətainin icra başçısı Razim Məmmədovun və həm də Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayevin durumu gərgindir: «Razim Məmmədov da postunda müvəqqətidir. Şəmsəddin Xanbabayev isə yaş senzi ilə görəvindən alınacaq».

Mənbəmiz eyni zamanda onu da bildirdi ki, həsas mövqedə olan daha bir icra başçısı var: «Samux rayonuna başçılıq edən Vilyam Hacıyev də vəzifəsini itirəcək. Doğrudur, Vilyam müəllim başqa bir rayona «perevod» alacağına ümidlidir. Və hətta bəri başdan bu məqsədlə müəyyən şəxsləri arçı da salıb. Amma onunla bağlı qərar qətidir və birdəfəlik olaraq, heç bir yerə yeni təyinat almadan vəzifəsindən axad olunacaq».

Mənbəmiz bunu həm də Vilyam Hacıyevlə bağlı şikayətlərin xüsusi dərəcədə artması ilə əlaqələndird: «Onun himayəçilərinin kimlikləri belə bu gün Vilyam Hacıyevi qurtaracaq səviyyədə deyil».

Məlumat üçün bildirək ki, Vilyam Hacıyev Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin və hazırda həbsdə saxlanılan müxalif gənc Bəxtiyar Hacıyevin yaxın qohumudur.

Əldə etdiyimiz məlumatlarda o da qeyd olunur ki, 5 ildir vəziyə başında olan vilyam Hacıyevlə və digər icra başçıları ilə bağlı qərar gələn ilin əvvəllərində elan olunacaq.


Geri qayıt