Əsas Səhifə > Güney Press, Reklam > “BAKCEL”DƏN YENİ KAMPANİYA
“BAKCEL”DƏN YENİ KAMPANİYA3-10-2012, 13:00 |
ŞİRKƏT BÖLGƏLƏRDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİR Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet təchizatçısı olan Bakcell şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir. Azərbaycanın regionlarını daim əhatə dairəsində saxlayan və əhalinin maraqlarını qarşılayan Bakcell-dən daha bir müjdə. Sentyabrın 28-dən başlayaraq Xaçmaza, Göyçaya, Qəbələyə, Şəkiyə, Yevlaxa, Mingəçevirə, Gəncəyə, Ağstafaya, Sabirabada və Masallıya səfər edəcək Bakcell, ölkəmizin bir-birindən gözəl guşələrində silsilə əyləncəli tədbirlər keçirəcəkdir. Tədbirlər şəhər mərkəzlərində keçiriləcək və iştirak pulsuz olacaqdır. Burada müxtəlif yarışlar təşkil olunacaq və hər istəyən bu bir-birindən maraqlı oyunlarda özünü sınaya biləcək. Azərbaycanı qarış-qarış qəzəcək Bakcell komandasına qoşulun və bu şənliyin bir hissəsinə çevrilin. Tədbirlərin keçirilmə yerləri və tarixləri: 1. Sabirabad - "Gənclər Mərkəzi", 10 Oktyabr 2. Göyçay - "Mərkəzi Park", 29 Sentyabr 3. Masallı - "Gənclər Mədəniyyət Mərkəzi Parkı", 11 Oktyabr 4. Gəncə - 6-7 Oktyabr 5. Qəbələ - H.Əliyev Parkı,30 Sentyabr 6. Xaçmaz - H.Əliyev Parkı, 28 Sentyabr 7. Yevlax - Dədə Qorqud Parkı, 3 Oktyabr 8. Mingəçevir - H.Əliyev Parkı, 4-5 Oktyabr 9. Ağstafa - S. Vurgun Parkı, 8 Oktyabr 10.Şəki - Mərkəzi Park, 1-2 Oktyabr Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 92% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidməti mərkəzləri olan Bakcell, istifadəçilərə ən üstün müştəri təcrübəsini təklif etməkdədir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər. Geri qayıt |