Əsas Səhifə > Dünya > SIRA İRANA ÇATDI

SIRA İRANA ÇATDI


3-11-2011, 13:33
SIRA İRANA ÇATDI

İNGİLİS QOŞUNLARI HAZIRLIQ VƏZİYYƏTİNƏ GƏTİRİLİB

Böyük Britaniya öz silahlı qüvvələrini İrana qarşı mümkün hərbi əməliyyata hazırlayır. Bu barədə Britaniyanın “Qardian” qəzeti məlumat yayıb.

Britaniya İranın nüvə obyektlərinə hücum məqsədilə Yaxın Şərqdə öz donanmasını, o cümlədən “Tomaqavk” qanadlı raketləri olan sualtı qayıqları yerləşdirmək istəyir.

Buna səbəb Tehranın nüvə proqramı haqda yeni məlumatların daxil olmasıdır. Bu məlumatlarla əlaqədar ABŞ İran ərazisində bəzi obyektlərə raket zərbələri endirməklə bağlı qərar qəbul edə bilər.

Britaniya mətbuatında yazılar İrana qarşı mümkün əməliyyatlarla bağlı İsrail KİV-də yayılan xəbərlərlə eyni vaxtda dərc edilib. Britaniyanın “Teleqraf” qəzeti bildirib ki, israilin baş naziri Benyamin Netanyahu hökumət üzvlərini İrana qarşı güc ssenarisini dəstəkləməyə çağırıb.


Geri qayıt