Əsas Səhifə > Güney Press, Üçüncü sektor > VİTSE-SPİKREİN SÖZÜ ALƏMİ QATIB
VİTSE-SPİKREİN SÖZÜ ALƏMİ QATIB4-10-2012, 10:26 |
GÜNEY AZƏRBAYCAN MİLLİ AZADLIQ CƏBHƏSİNDƏN ETİRAZ GƏLDİ Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin başqanı, professor Qulamrza Səbri Təbrizi bəyanat yayıb. “Media forum” saytının məlumatına görə, bəyanatda Azərbaycan parlamentinin 1 oktyabr iclasında çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun mövqeyinə etiraz bildirilir: “Ümid yerimiz olan Azərbaycan Respublikasının qanunverici orqanında belə bir fikirin səslənməsi diasporun və Güney Azərbaycanda yaşayan 35 milyonluq soydaşımızın haqlı narazlığı ilə qarşılanıb. İran çoxmillətli dövlət olsa da, orada milli bərabərlik yoxdur. İranda yüzlərlə fəal azərbaycanlı siyasi məhbusdur, onların ailələri ehtiyac və qorxu içərisində yaşayırlar. Bu gün onların ümidi Bakıyadır və hər gün Azərbaycan dövlətindən dəstək gözləyirlər. Biz istəyirik azad doğulaq, azad insan kimi öz dilimizdə danışaq, öz musiqimizə qulaq asaq, ana dilində qəzet oxuyub televiziya verlişlərinə baxaq. Ana dilində dərs deyən məktəbdə təhsil alaq, ədəbiyyat oxuyaq, şeir yazaq. Biz çoxmu tələb edirik, cənab Ziyafət Əsgərov? Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi adından Sizə öz etirazımı bildirirəm və ümid edirəm ki, haqlı iradımızı qəbul edib 35 milyon azərbaycanlının pozulan hüquqlarının bərpasında onların yanında olacaqsınız”. Parlamentin 1 oktyabr iclasında Ziyafət Əsgərov ABŞ Konqresi Nümayəndələr Palatasının üzvü Deyn Rorabaherin Cənubi Azərbaycanla bağlı hazırladığı layihəni tənqid edib. Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinə təqdim edilmiş layihədə qeyd olunur ki, Azərbaycan torpağı 1828-ci ildə Rusiya və İranın imzaladığı Türkmənçay müqaviləsi ilə, azərbaycanlıların razılığı olmadan ikiyə bölünüb, Azərbaycan xalqının öz müqəddəratını təyin etmək hüququ var. Ziyafət Əsgərov Deyn Rorabaherin layihəsinə qarşı çıxaraq deyib: “İranla Azərbaycanın dostluq münasibətləri var. Kimin nə problemi var, getsin öz problemini həll etsin. İran Azərbaycanın, Azərbaycan da İranın ərazi bütövlüyünü tanıyır. O layihənin Ağ evə göndərilməsi, Konqresdə müzakirəyə çıxarılması Azərbaycana qarşı səmimiyyətdən irəli gəlmir”. Geri qayıt |